AZENG
18 Mart 2020

AMADA İdmançılar Məsləhətçi Komissiyasının heyətini açıqladı

Dopinqlə mübarizə sahəsinin və təmiz idmanın təşviqində idmançıların iştirakı çox mühüm rol oynayır. Bu amili fəaliyyətinin əsas prioritetlərindən biri kimi qiymətləndirən Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançılarımızla əməkdaşlığı tam yeni müstəviyə çıxararaq  İdmançılar Məsləhətçi Komissiyasını təsis etmişdir.

Ölkə idmanının müxtəlif sahələrindən idmançıları özündə cəmləşdirən komissiyanın əsas məqsədi AMADA-nın fəaliyyətində idmançıları təmsil etmək, onların hüquqlarının müdafiəsinə və təmiz idmanın təşviqinə aid məsələlər üzrə məsləhətlər verməkdir.  

Tərkibi təsdiqlənən komissiya on iki idmançıdan ibarətdir. Qeyd olunan idmançıların onu   respublika idman federasiyaları tərəfindən irəli sürülən namizədlər, ikisi isə, açıq elan əsasında üzv olmaq istəyən idmançılar arasından seçilənlərdir.

Seçim zamanı ədaləti və təmsilçilikdə fərqliliyi təmin etmək məqsədilə, gender bərabərliyinin və müxtəlif yaş qruplarını təmsil edən idmançılar arasında tarazlığın qorunması prinsipilərinə əməl olunub. İdmanın müxtəlif sahələrinin nümayəndələrinin təmsil olunduğu İdmançılar Məsləhətçi Komissiyasının tərkibini aşağıdakı idmançılar təşkil edir:

Açıq elan əsasında üzv seçilən idmançılar

İlham Zəkiyev – Para-Cüdo 

Hacı Əliyev – Güləş 

Respublika idman federasiyaları tərəfindən seçilən idmançılar

Rəsul Çunayev – Güləş

Fəridə Əliyeva – Karate   

Fuad Qurbanov – Atıcılıq   

Aynur Məmmədova – Para-Taekvando 

Nazim Babayev - Atletika 

Ayan Xankişiyeva - Velosiped 

Siyana Vasileva - Gimnastika 

Kamran Şahsuvarlı – Boks   

Rüstəm Orucov – Cüdo   

Ruslan Abışov – Futbol   

 

Qeyd edək ki, komissiya tərkibində bütün idman sahələrinin ədalətli və bərabərhüquqlu təmsilçiliyini təmin etmək məqsədilə mütəmadi rotasiyalar aparılacaq.