AZENG

HAQQIMIZDA

İdmançılar Məsləhətçi Komissiyası

İdmançıların Cəlb Edilməsi

AMADA idmançıların fikirlərinə xüsusi əhəmiyyət verir və öz fəaliyyətində bunu nəzərə alır. AMADA üçün idmançıların dopinqlə mübarizəyə qatılması, onların əməkdaşlığa cəlb edilməsi və onlara bərabər imkanların təmin edilməsi əhəmiyyətlidir.

Bunu nəzərə alaraq 2019-cu ildə AMADA özünün idmançı ictimaiyyəti ilə əməkdaşlığının artırılması üzrə davam edən səylərinin bir nümunəsi kimi İdmançılar Məsləhətçi Komissiyasını yaratmışdır. Onun vəzifəsi AMADA-nın fəaliyyətinin müxtəlif aspektlərini müzakirə etmək və tövsiyələr hazırlamaqdır.

Komissiyasının vəzifələri əsasən əsas missiyanın dəstəklənməsi, idmaçılarla əlaqədar xüsusi layihələrin idarə edilməsi, idmançılar və AMADA arasında əlaqələndirici xidmətin göstərilməsi və Komissiyanı müxtəlif antidopinq tədbirlərində təmsil edilməsindən ibarətdir. AMADA Komissiya ilə birlikdə əhəmiyyətli antidopinq məsələlərini müzakirə edir və, həmçinin idmançıların rəylərini öz fəaliyyətinə inteqrasiya edilməsi üçün əməkdaşlıq edir.

Komissiya sadəcə olaraq idmançıların təmsil edildiyi qurum deyil, o, həmçinin AMADA-ya təmiz idmanın gələcək inkişafı və təşviqi üzrə atılan addımlara dair məsləhət verən mühüm qurumdur.

AMADA İdmançılar Məsləhətçi Komissiyası

  • İlham Zəkiyev - Paracüdo
  • Hacı Əliyev - Güləş
  • Rəsul Çunayev - Güləş
  • Fəridə Əliyeva - Karate
  • Fuad Qurbanov - Atıcılıq
  • Aynur Məmmədova - Parataekvondo
  • Nazim Babayev - Atletika
  • Ayan Xankişiyeva - Velosiped
  • Siyana Vasileva - Gimnastika
  • Kamran Şahsuvarlı - Boks
  • Rüstəm Orucov - Cüdo
  • Ruslan Abışov - Futbol

AMADA İdmançılar Məsləhətçi Komissiyası üzvlərinin nailiyyətləri

AMADA İdmançılar Məsləhətçi Komissiyasının üzvləri gender bərabərliyi və yaş təmsilçiliyi prinsipləri əsasında seçilmiş, müxtəlif idman növlərindən olan 12 idmançıdan ibarətdir. Bütün üzvlərin idman karyeraları ərzində əldə etmiş mühüm nailiyyətləri var. Üzvlərin iştirak etdiyi beynəlxalq yarışların və əldə etdikləri medal saylarının siyahısı aşağıdakı cədvəldə təqdim edilir.

TədbirlərGümüşQızılBürünc
Olimpiya Oyunları103
Dünya Çempionatları280
Avropa Çempionatları3152
Avropa Oyunları130
İslam Həmrəylik Oyunları240
U-21 Dünya Çempionatı001
IWAS Dünya Çempionatı010
Yay Universiadası020
Yeniyetmələrarası Avropa Çempionatı010
U-23 Avropa Çempionatı010
Gənclərarası Olimpiya Oyunları001
Azərbaycan Çempionatı070
Paralimpiya Oyunları021
Dünya Kuboku200