AZENG

HÜQUQ

Hüquq və Öhdəliklər

İDMANÇILARIN HÜQUQLARI

İdmançılar Məcəllə və Antidopinq Qaydaları ilə nəzərdə tutulan bütün maddi və prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. İdmançıların hüquqlarının siyahısı ilə İdmançıların Antidopinq Hüquqları Aktında tanış ola bilərsiniz.

İDMANÇILARIN ÖHDƏLİKLƏRİ

Rol və öhdəliklər:

  • Antidopinq Qaydaları ilə tanış olmaq və onlara riayət etmək.
  • Hər an nümunələrin toplanması üçün hazır olmaq.
  • Antidopinq kontekstində, qəbul və istifadə etdiklərinə görə məsuliyyət daşımaq.
  • Tibbi heyəti qadağan edilmiş maddələrin və qadağan edilmiş üsulların istifadə edilməməsinə dair öhdəlikləri barədə məlumatlandırmaq və aldığı hər hansı tibbi müalicənin hazırki Antidopinq Qaydalarını pozmadığının təminatına görə məsuliyyət daşımaq.
  • Son on (10) il ərzində Məcəlləyə imza olmayan təşkilat tərəfindən idmançının antidopinq qayda pozuntusunun aşkar edilməsi barədə hər hansı qərarı barəəd məlumatı özünün Beynəlxalq Federasiiyasına və. AMADA-ya açıqlamaq.
  • Antidopinq qayda pozuntularının təhqiqatını aparan Antidopinq Təşkilatları ilə əməkdaşlıq etmək.
  • AMADA və ya Milli Federasiyaya və ya idmançı üzərində yurisdiksiyası olan hər hansı digər Antidopinq Təşkilatı tərəfindən tələb edilən müvafiq idmançının köməkçi heyəti üzvlərinin şəxsiyyətini açıqlamaq.
  • Antidopinq qayda pozuntusu ilə əlaqədar AMADA və ya digər Antidopinq Təşkilatının qərarına əsasən geri qaytarılması tələb edilmiş pul mükafatlarını, maddi və ya digər nemətləri, habelə bynəlxalq və milli yarışlarda əldə edilmiş medalları qaytarmaq.
  • Dopinq nəzarəti rəsmisinə və ya dopinq nəzarətini həyata keçirən digər şəxsə qarşı idmançı tərəfindən təhqiredici davranış saxtalaşdırma kimi qiymətləndirilmədiyi hallarda müvafiq qanunvericiliyə əsasən intizam tədbirləri ilə nəticələnə bilər.

İDMANÇININ KÖMƏKÇİ HEYƏTİNİN ÖHDƏLİKLƏRİ

İdmançının köməkçi heyətinin öhdəlikləri:

  • Antidopinq Qaydaları ilə tanış olmaq və onlara riayət etmək.
  • İdmançıların test edilməsi proqramı ilə əməkdaşlıq etmək.
  • Antidopinq münasibətlərini inkişaf etdirmək üçün idmançının dəyər və davranışlarına təsir etmək.
  • Son on (10) il ərzində Məcəlləyə imza olmayan təşkilat tərəfindən onların antidopinq qayda pozuntusunun aşkar edilməsi barədə hər hansı qərarı barədə məlumatı özlərinin Beynəlxalq Federasiyasına və AMADA-ya açıqlamaq.
  • Antidopinq qayda pozuntularının təhqiqatını aparan Antidopinq Təşkilatları ilə əməkdaşlıq etmək.
  • İdmançının köməkçi heyəti etibarlı əsaslandırma olmadan qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə edə və ya onlara sahib ola bilməz.
  • Dopinq nəzarəti rəsmisinə və ya dopinq nəzarətini həyata keçirən digər şəxsə qarşı idmançının köməkçi heyəti tərəfindən təhqiredici davranış saxlataşdırma kimi qiymətləndirilmədiyi hallarda müvafiq qanunvericiliyə əsasən intizam tədbirləri ilə nəticələnə bilər.