AZENG

ƏMƏKDAŞLIQ

Beynəlxalq Əlaqələr

Biz antidopinq cəmiyyəti üçün güclü və səmərəli təsirə malik tərəfdaş olmağı hədəfləyirik:

  • Dünyada uyğunluğu və hesabatlılığı təmin etmək üçün aparıcı antidopinq və idman təşkilatları ilə əməkdaşlıq etmək;
  • Mövcud və yeni qlobal antidopinq proqramlarının və tərəfdaşlığın təşviqi;
  • İdmanın dəyərini və dürüstlüyünü inkişaf etdirən təşkilatlarla strateji tərəfdaş olmaq;
  • Şəffaf antidopinq proqramlarının təşviq etmək.

Azərbaycanın nümayəndə heyəti

Avropa Şurası - Direktor Şəfəq Hüseynli

  • Avropa Şurası Antidopinq Konvensiyasının Monitorinq Qrupu,
  • Avropa Şurasının Ümudünya Antidopinq Agentliyi üzrə Xüsusi Avropa Komitəsi.

YUNESKO - Direktor Şəfəq Hüseynli

  • YUNESKO-nun İdmanda dopinqə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiyası üzrə Tərəflərin Konfransı.

AMADA-nın işçi heyətinin ekspert qismində tanındığı və onların seçildiyi vəzifələr

Avropa Şurası

Direktor Şəfəq Hüseynli:

  • Avropa Şurası Antidopinq Konvensiyası üzrə İnsan Hüquqları Ad Hoc Qrupunun Sədr müavini (May 2019cu il tarixindən etibarən)
  • Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi üzrə Xüsusi Avropa Komitəsinin gender bərabərliyi məruzəçisi (Oktyabr 2019cu il tarixindən etibarən)
  • Avropa Şurası Antidopinq Konvensiyası üzrə Koordinasiya Qrupunun üzvü (May 2019cu il tarixindən etibarən)

Hüquq şöbəsinin müdiri Fərhad Abasov:

  • Avropa Şurası Antidopinq Konvensiyası üzrə İfşaedənlərin Müdafiəsi üzrə Ad Hoc Qrupunun üzvü (May 2019-cu il tarixindən etibarən)

Ümumdünya Antidopinq Agentliyi

Direktor Şəfəq Hüseynli:

  • Ümumdünya Antidopinq Agentliyinin Milli Antidopinq Təşkilatları üzrə Ekspert Məsləhətçi Qrupunun üzvü (Yanvar 2019-cu il tarixindən etibarən)

Beynəlxalq Test Agentliyi

Dopinq nəzarəti meneceri Nailə Məhərrəmova:

  • Beynəlxalq Test Agentliyinin Beynəlxalq Dopinq Nəzarəti İnspektorları üzrə Ekspert Məsləhətçi Qrupunun üzvü (Yanvar 2021-ci il tarixindən etibarən)