AZENG

Onlayn Müraciət

Onlayn Müraciət

İdmançı bu platformadan istifadə edərək idman növünü dəyişməsi, idmanı tərk etməsi, hərbi xidməti, idmana qayıtması, milli yığmadan çıxarılması, antidopinq qayda pozuntusu barədə izahat verməsi, dinləmə tələb etməsi və apelyasiya şikayəti ilə bağlı AMADA-ya müraciət edə bilər. Yuxarıda sadalanan məsələlərlə bağlı bütün müraciətlərin bu platforma vasitəsi ilə edilməlidir. Şifahi formada, kağız daşıyıcı və mail vasitəsi ilə müraciətlər edildikdə belə həmin müraciətin bu platforma vasitəsi ilə təkrarlanması və təsdiq edilməsi vacibdir. Müraciət formaları doldurularkən * işarəsi olan qrafalarda tələb olunan məlumat hökmən qeyd edilməli və bütün məlumatlar düzgün olmalıdır. Müvafiq formanı doldurduqdan sonra müraciət edən şəxsin qeyd etdiyi mail ünvanına 6 rəqəmli təsdiq kodu göndəriləcək. Həmin kodu müvafiq qrafaya daxil etdikdən sonra müraciət göndərmək lazımdır. Formada qeyd olunan mail ünvanına AMADA tərəfindən təsdiq e-maili göndərildikdən sonra müraciət rəsmi şəkildə qəbul edilmiş olacaq.

Onlayn Müraciət Platforması