AZENG

ƏMƏKDAŞLIQ

Ölkədaxili Əlaqələndirmə

Gənclər və İdman Nazirliyi

AMADA, ölkədə bütün idman fəaliyyətini idarə edən qurum olaraq Azərbaycan antidopinq ictimaiyyətinin əsas tərəflərindən biri olan Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edir.

Hüquq Mühafizə Orqanları

Dopinq maddələri, xüsusilə anabolik steroidlər əksər hallarda qanunsuz idxal edilir və qara bazarda satılır. Bununla əlaqədar olaraq belə qanunsuz fəaliyyətin qarşısının alınması üçün səyləri cəmləşdirmək məqsədilə AMADA hüquq mühafizə orqanları ilə tərəfdaşlıq edir və müvafiq Anlaşma Memorandumları imzalamışdır. Bu qurumlar Daxili İşlər Nazirliyi, İNTERPOL-un Milli Mərkəzi Bürosu, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsidir.

Milli Olimpiya və Paralimpiya Komitələri

Milli Olimpiya və Paralimpiya Komitələri ilə bərabər tərəfdaşlıq ruhunda əməkdaşlıq idmanda dopinqlə mübarizə üçün zəruridir. Antidopinq sistemi və ölkədaxili əməkdaşlığın yüksək səviyyədə saxlanması Azərbaycanın əhəmiyyətli beynəlxalq tədbirlərdə, xüsusilə Olimpiya və Paralimpiya Oyunlarında təmiz idmançılarla təmsil olunmasına gətirib çıxarır.

Milli Federasiyalar

Respublika idman federasiyaları öz yurisdiksiyaları çərçivələrində hər bir idman növünü idarə edən təşkilatlardır. Dopinqlə müştərək mübarizə aparmaq və, o cümlədən təmiz idmanı təşviq etmək və idmançıları və onların köməkçi heyətlərini məlumatlandırmaq məqsədilə, AMADA bütün milli federasiyalarla əməkdaşlıq edir və onların Məcəllə və Beynəlxalq Standartlara riayətini monitorinq edir.