AZENG

MAARİFLƏNDİRMƏ

Milli Təhsil Proqramı

Təhsil və maarifləndirmə proqramlarının əsas məqsədi bədən tərbiyəsi və idman fəaliyyəti ilə məşğul olan şəxslərin, həmçinin geniş ictimayətin təmiz idman dəyərləri, dürüst rəqabət, dünyada və ölkəmizdə dopinq nəzarət sisteminin fəaliyyəti və dopinq istifadəsi ilə bağlı yarana biləcək təhlükələr haqqında məlumatlandırmaqdır.

AMADA antidopinq sahəsində təhsil və maarifləndirmə proqramlarını Ümumdünya Antidopinq Məcəlləsinin «Təhsil üzrə Beynəlxaq Standart»ına uyğun olaraq həyata keçirir. Standartın tələblərinə əsasən təhsil və maarifləndirmə aşağıdakı qrupları üçün uyğunlaşdırılmış proqramlar əsasında həyata keçirir

İdmançılar üçün antidopinq təhsil proqramı

  • İdmançının hüquq və öhdəlikləri
  • Təmiz idman – Təmiz qələbə
  • Dopinq nədir? Antidopinq Qayda pozuntuları
  • Dopinq nəzarəti prosesi
  • Qadağan edilmiş Siyahı
  • Terapevtik İstifadə üçün İstisnalar
  • Məkan Məlumatı
  • Faydalı məsləhətlər
  • Yay Olimpiya Oyunları Tokio -2020

İdmançı köməkçi heyəti üçün antidopinq təhsil proqramı

  • İdmançı köməkçi heyətinə kimlər aiddir
  • İdmançı köməkçi heyətinin vəzifə və öhdəlikləri
  • Antidopinq qayda pozuntuları
  • Dopinq nəzarəti prosesi
  • Qadağan edilmiş Siyahı
  • Terapevtik İstifadə üçün İstisnalar
  • Məkan Məlumatı
  • Faydalı məsləhətlər
  • Yay Olimpiya Oyunları Tokio -2020

İdmançıların valideynləri üçün antidopinq maarifləndirmə proqramı

  • Antidopinq qayda pozuntuları
  • Qadağan edilmiş Siyahı
  • Valideyin üçün yaddaş kitabçası

İdman təşkilatlarının rəsmiləri üçün antidopinq maarifləndirmə proqramı

  • İdman Federasiyalarının antidopinq sahəsində rolu, vəzifə və öhdəlikləri

Mass – Media nümayəndələri üçün antidopinq maarifləndirmə proqramı

  • Təmiz idman – Təmiz qələbə
  • Dopinq nədir? Antidopinq Qayda pozuntuları

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üçün tədris proqramı

Respublikada bədən tərbiyəsi və idman sahəsində peşəkar kadrların yetişdirilməsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) tərəfindən həyata keçirilir. ADBTİA-da ixtisas fənləri ilə yanaşı 2020-ci ildən etibarən antidopinq maarifləndirmə üzrə Magistr proqramı tədris edilir. Tədris Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən həyata keçirilir.

Tədris proqramı aşağıdakı mövzuları əhatə edir:

  • Antidopinq hərəkatının yaranma tarixi
  • Ümumdünya Antidopinq Agentliyinin fəaliyyəti
  • Ümumdünya Antidopinq Məcəlləsi
  • Ölkədə aparılan antidopinq fəaliyyəti
  • Antidopinq qayda pozuntuları
  • Dopinq nəzarəti prosesi
  • Qadağan edilmiş siyahı
  • Terapevtik istifadə üçün istisnalar
  • Təmiz idman dəyərləri

Antidopinq maarifləndirilməsi üzrə Məsul Şəxslər

2020-ci ildə AMADA İdman Federasiyalarının rəhbərliyi ilə birgə idmançı və idmançı köməkçi heyətinin antidopinq sahəsində biliklərinin artırılması və təmiz idman dəyərlərinin geniş təbliği məqsədilə Antidopinq maarifləndirilməsi üzrə Məsul Şəxslər təyin edilmişdir.

AMADA Məsul Şəxslər üçün xüsusi tədris proqramı hazırlamış, silsilə təlimlər təşkil etmiş və təlim yekunlarına əsasən məsul şəxslərə sertifikatlar təqdim etmişdir.

Dəyərlərə əsaslanan təhsil

Dəyərlərə əsaslanan təhsil - Uşaq, yeniyetmə və gənclər arasında təmiz idman, şəxsi mənəvi dəyərlər, etik normalara uyğun davranış və fərdi prinsiplərə əsaslanaraq qərar vermək qabiliyyətini inkişafına yönəldilmiş təlim proqramlarını əhatə edir.

Proqramın məqsədi müəllimlərə (təlimçilərə) şagirdlərin ədalətli və dürüst olmağını, özünə və digər iştirakçılara hörmət etməyi, idman dəyərlərini və dəyərlərə əsaslanan davranışı öyrətməkdir. Bu Proqram özündə müxtəlif mövzuları, oyunları, müzakirələri və əyləncəli viktorinaları əhatə edir.