AZENG

DOPİNQ NƏZARƏTİ

QTQ

Qeydiyyata alınmış Test Qrupunun (QTQ) hissəsi olan idmançılar müəyyən zamanlarda harada olmaları barədə bizə məlumat verməlidirlər ki, biz öncədən xəbərdarlıq olmadan test keçirə bilək.

Qeydiyyata alınmış Test Qrupundakı (QTQ) idmançılardan öz məkan məlumatlarını Ümumdünya Antidopinq Agentliyinin Antidopinq İnzibatçılıq və İdarəetmə Sisteminə (ADAMS) təmin etmələri tələb olunur: müntəzəm qrafikə əsasən məkan məlumatı təqdim edilir, onlayn doldurulur, bu məlumat gələn rübə hazırlıq kimi hər rübün son gününə qədər təqdim edilməlidir. Nəticə olaraq, məkan məlumatının təqdim edilməsi üçün dörd son tarix mövcuddur:

RübDövr  Son tarix
1-ci rüb1 yanvar - 31 mart31 dekabr
2-ci rüb 1 aprel - 30 iyun31 mart
3-cü rüb 1 iyul - 30 sentyabr30 iyun
4-cü rüb 1 oktyabr - 31 dekabr30 sentyabr

Müntəzəm planlaşdırılmış planlar dəyişən kimi, idmançılar məkan məlumatını təqdim etməlidirlər.

Diqqət! Bütün məkan məlumatı xətaları idmançının beynəlxalq federasiyası (BF), ÜADA, AMADA ilə paylaşılacaq və birləşdiriləcək və məkan məlumatı xətaları barədə faylın bir hissəsi olacaq.

Diqqət! 12 ay müddətində törədilmiş və AMADA, ÜADA yaxud BF tərəfindən bəyan edilmiş üç məkan məlumatı xətasının hər hansı kombinasiyası (təqdim etmə xətası və/və ya buraxılmış testlər) Antidopinq Qayda Pozuntusuna bərabərdir.

İdmançının Məkan məlumatı

Veb-əsaslı funksionallıq idmançılara dünyanın istənilən yerindən öz məkanları barədə məlumatı daxil etməyə imkan verir.

Komanda idmanlarında məkan məlumatı komandanın rəsmiləri tərəfindən komanda fəaliyyətinin bir hissəsi kimi kütləvi şəkildə daxil edilə bilər.

ADAMS bundan sonra idmançıya məlumat verir ki, komanda rəsmisi yeni məlumat daxil etmişdir və idmançıdan komanda rəsmisi tərəfindən daxil edilmiş məlumatı təsdiqləməyi yaxud rədd etməyi xahiş edir.

ADAMS idmançılara hansı təşkilatların onlar barəsində məlumat əldə etmək hüququna malik olması barədə açıq şəkildə məlumat verir. İdmançının ADAMS-dakı - idmançı tərəfindən görünən - profili bu məlumatı bəyan edən Təhlükəsizlik tab-vərəqini daxil edir. İdmançılar istifadə imkanının hər hansı dəyişkiliyi barədə məlumatlandırılırlar.

Müstəsna hallarda, idmançılar yaxud üçüncü tərəf qısa müddətdə İnternetdən istifadə imkanından məhrum olanda, məkan məlumatları telefon yaxud SMS vasitəsilə yenilənə bilər.

İdmançının Məkan məlumatıpdf

60-dəqiqəlik pəncərə

AMADA-nın Qeydiyyata alınmış Test Qrupuna (QTQ) daxil olan hər bir idmançı hər gün üçün müəyyən 60-dəqiqəlik zaman intervalını təmin etməlidir. İdmançı öz qrafikinə uyğun olaraq 60-dəqiqəlik zaman intervalını seçir və bütün 60-dəqiqəlik zaman intervalı dövründə müəyyən məkanda test keçirilməsi üçün hazır və əlçatan olmalıdır. Lütfən, nəzərə alın ki, AMADA idmançılardan onların 60-dəqiqəlik pəncərəsindən xaricdə test keçirmədə iştirak etməyi seçə bilər və seçir. Qeydiyyata alınmış test qrupuna daxil olunmanız barədə sizə birbaşa məlumat veriləcək.

ADAMS Platforması

ADAMS (Antidopinq İnzibatçılıq və İdarəetmə Sistemi - Anti-Doping Administration & Management System) ÜADA-nın veb-əsaslı təhlükəsiz antidopinq məlumat bazası idarəetmə sistemidir. ADAMS, xüsusi olaraq, laboratoriya nəticələrini, Terapevtik İstifadəyə İcazələri və Antidopinq Qayda Pozuntuları ilə bağlı məlumatı saxlayır. Bu məlumat bazası müvafiq təşkilatlar arasında məlumat paylaşmasını asanlaşdırır və effektivlik, təsirlilik və şəffaflığı təşviq etmək məqsədini daşıyır.

 Beynəlxalq Federasiyaların və Milli Antidopinq Təşkilatlarının əksəriyyəti ADAMS-dan idmançıların Məkan məlumatı, Tİİ-lər və test nəticələri üçün mərkəzi məlumat bazasından istifadə edirlər. ADAMS sizin həyatınızı asanlaşdırmaq üçün yaradılmışdır.

Daxil ol

QTQ-yə daxil olan idmançılar və daxil olma meyarları

Test etmə və Təhqiqatlar üzrə Beynəlxalq Standarta əsasən, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Qeydiyyata alınmış Test Qrupuna (QTQ) daxil olunmuş və 2021-ci ilin 1-ci rübü üçün məkan məlumatını təqdim edən idmançılar aşağıdakı meyarlar üzrə seçilmişdir. QTQ-ya daxil olan İdmançıların siyahısı il ərzində yeniləcək.

  1. Əsas Tədbirlərdə çıxış edən və ya digər prioritet idman növlərinə aid olan milli yığmaların üzvü olan idmançılar;
  2. Fərdi şəkildə məşq edən, lakin Əsas Tədbirlərdə çıxış edən və bu cür tədbirlərdə iştirak etmək üçün seçilə biləcək idmançılar;
  3. Dövlət tərəfindən maliyyələşdirilən idmançılar;
  4. Azərbaycan Milli Antidopinq Agentliyin (AMADA) yurisdiksiyasına aid olan xaricdə yaşayan, məşq edən və ya yarışan yüksək səviyyəli idmançılar;
  5. Digər ölkələrin vətəndaşı olan, lakin Azərbaycan Respublikasının ərazisində yaşayan, profesional komandalarda məşq və yarışlarda iştirak edən yüksək səviyyəli idmançılar;
  6. Diskvalifikasiya və ya şərti kənarlaşdırılma müddətində olan idmançılar;
  7. İdmanı tərk etməzdən öncə QTQ-ya ya TQ-ya daxil olan və hal hazırda idmana qayıtmaq istəyən idmançılar;
  8. Əvvəlki antidopinq qayda pozuntuları olan və ya biolojı pasportunda ekspert rəylərinin əsasında şübhəli göstəricilər daxil olmaqla test tarixçəsi olan idmancılar;
  9. Yüksək idman göstəricilərin tarixçəsi və /və ya yüksək nəticələr göstərən zaman test olunmayan idmançılar;
  10. Təkrarlanan Məkan məlumatı pozuntuları olan idmançılar;
  11. Məkan məlumatına dair şübhəli göstəricilər təqdim edən idmançılar (son dəqiqələrdə məkan məlumatın dəyişdirilməsi);
  12. Ucqar məkanlarda məşq edən və ya yaşayan idmançılar;
  13. İştirakı qeydiyyata alınmış yarışlardan geri çəkilən və ya iştirak etməyən idmançılar;
  14. Antidopinq qayda pozuntuları ilə əlaqəli olan üçüncü şəxs (komanda yoldaşı, məşqçi və ya həkim və s.) ilə əməkdaşlıq edən idmançılar;
  15. Zədələnmə alan idmançılar;
  16. Yaş və ya iştirak kategoriyalarında dəyişikliklər olan idmançılar (məsələn, yeniyetmə səviyyəsindən gənc və ya yuxarı səviyyələrə keçən, müqaviləsi bitən, təqaüd yaşına yaxınlaşan idmançılar);
  17. İdman göstəricilərinin yüksəlməsi nəticəsində gözlənilən maliyyə mükafatlarını əldə edən idmançılar;
  18. Beynəlxalq Test etmə və Təhqiqatlar üzrə Beynəlxalq Standartın 11-ci maddəsinə əsaslanaraq, üçüncü şəxslərdən və ya təhqiqat nəticəsində haqqında etibarlı məlumat ələd olunan İdmançılar;
  19. AMADA tərəfindən ildə ən azı (3) dəfə yarışdan kənar müddətdə test edilməsi planlaşdırılan idmançılar;
  20. AMADA-nın İdmançının Bioloji Pasportunun hematoloji modul proqramına daxil olan idmançılar;
  21. Test Qrupuna (TQ) daxil olunduğu zaman məkan məlumatı tələblərinə əməl etməyən idmançılar;
  22. Test etmə üçün məkan məlumatları yetərli olmayan idmançılar;
  23. Müəyyən bir müddət ərzində komanda fəaliyyətində iştirak etməyən komanda idman növü üzrə çıxış edən idmançılar;

QTQ-yə daxil olan İdmaçılarpdf