AZENG
12 Dekabr 2023

Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Dekabrın 12-si Ulu Öndər Heydər Əliyevin Anım Günüdür.

Bu münasibətlə Azərbaycan idman ictimaiyyətinin nümayəndələri Ümummilli Liderin Fəxri xiyabandakı məzarını ziyarət ediblər. Ziyarət edənlər arasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə və qurumun əməkdaşları da yer alıblar. İdman ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə tər güllər düzüblər.