AZENG
23 Aprel 2021

AMADA-da Narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş görüş keçirilib

Bu gün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərlikləri arasında görüş keçirilib. AMADA-nın direktoru Şəfəq Hüseynli, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərli Fəqan Şahverdiyev və digər əməkdaşların iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”dan irəli gələn məsələlər müzakirə edilib.

Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib ki, Dövlət Proqramının məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınmasıdır. Bundan əlavə narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi də proqramda öz əksini tapıb. İndiyədək bununla bağlı 3 dövlət proqramının müvəffəqiyyətlə tamamlandığını deyən Fəqan Şahverdiyev 2019-2024-cü illər üçün nəzərdə tutulan 4-cü proqramın da icrasının uğurla davam etdiyini bildirib.

Görüşdə həmçinin Dövlət Komissiyasının 2021-ci ilə dair İş Planında nəzərdə tutulmuş məsələlərin icrası, gələcəkdə görüləcək işlər və bu istiqamətdə koordinasiyalı fəaliyyətin qurulması məsələləri müzakirə edilib.

Qeyd edək ki, AMADA Azərbaycan Respublikası Prezidentinin 25 dekabr tarixli sərəncamına əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icraçı orqanlarının siyahısına əlavə edilib.