AZENG
21 Noyabr 2023

Avstriyanın paytaxtı Vyanada Antidopinq Konvensiyasının Monitorinq Qrupunun görüşü keçirilib

Avstriyanın paytaxtı Vyanada Antidopinq Konvensiyasının Monitorinq Qrupunun (Təhsil üzrə Məşvərət Qrupunun) görüşü keçirilib.

Görüşdə Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşları – Elm şöbəsinin rəhbəri Rüfət Efendiyev və Təhsil şöbəsinin əməkdaşı Qüdrət Səfərov iştirak ediblər.
Avstriya Antidopinq Təşkilatının ev sahibliyi etdiyi görüşdə konvensiyaya üzv olan 30 dövlətdən 50-dən çox təhsil və antidopinq mütəxəssisi, Yaponiya, Qazaxıstan, ABŞ, Zimbabve və beynəlxalq idman federasiyalardan müşahidəçilər, eyni zamanda, Ümumdünya Antidopinq Agentliyinin nümayəndələri iştirak ediblər.
Mütəxəssislər antidopinq təhsil proqramlarının tərtib edilməsi və bütün səviyyələrdə idmançılar üçün əlçatan olması ilə bağlı öz təcrübələrini bölüşüblər. Görüşdə təhsil proqramlarının qarşılıqlı tanınması və mütəxəssislərin hazırlığı, Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Təhsil Standartına yenidən baxılması, həmçinin idmançıların antidopinq təhsilinin artırılması istiqamətində görüləcək işlər müzakirə mövzusu olub.