AZENG
16 Dekabr 2023

2024-cü ilin Qadağan Edilmiş Siyahısı Azərbaycan qəzetində dərc olundu

“Azərbaycan” qəzetinin 16 dekabr 2023-cü il buraxılışında 2024-cü ilin Qadağan Edilmiş Siyahısı dərc edilib.

Bu siyahı, Ümumdünya Antidopinq Məcəlləsini imzalayan tərəflərin hamısı üçün məcburi olan beynəlxalq standartlardan biridir. Həm yarış zamanı, həm də yarışdan kənar müddətdə hansı maddələrin və üsulların qadağan olunduğu və müəyyən idman növlərində hansı maddələrin qadağan olunduğuna dair müddəalar bu siyahıda öz əksini tapıb.

Qadağan Edilmiş Siyahı 2024-cü il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.