AZENG
23 May 2023

Moldovanın Antidopinq Agentliyi ilə ikitərəfli elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş

AMADA-nın Elm şöbəsinin rəhbəri Rüfət Efendiyev Moldovanın Antidopinq Agentliyi ilə ikitərəfli elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirib.

Qeyd edək ki, AMADA-nın Elm şöbəsinin rəhbəri Rüfət Efendiyevin müəllifi olduğu “Qlobal Antidopinq Sistemi ilə Uyğunluğa Nail Olunması: AMADA nümunəsi” balışlıqlı məqaləsi Moldovanın, “Tibbdə İctimai Səhiyyə, İqtisadiyyat və Menecment” elmi-praktik jurnalında dərc edilib. Məqalədə qlobal antidopinq sistemində uyğunluq məsələsi və AMADA-nın bu sahədə əldə etdiyi nailiyyətlər geniş təhlil edilib.

Görüş zamanı AMADA və Moldova Antidopinq Agentliyinin idman dünyasında ədalətin və sağlam rəqabətin təşviqi naminə elmi araşdırmaların daha da gücləndirilməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür

Qlobal Antidopinq Sistemi ilə Uyğunluğa Nail Olunması: AMADA nümunəsi” balışlıqlı məqalə