AZENG
24 Aprel 2019

AMADA-nın rəhbəri ÜADA Milli Antidopinq Təşkilatları üzrə Məşvərət Qrupunun iclasında iştirak edib

AMADA-nın rəhbəri Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) Milli Antidopinq Təşkilatları üzrə Məşvərət Qrupunun iclasında iştirak edib.

15-16 aprel tarixlərində Monreal şəhərində Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) Milli Antidopinq Təşkilatları (MADT) üzrə Məşvərət Qrupunun milli antidopinq təşkilatları üçün maraq təşkil edən məsələlərə həsr edilmiş iclası keçirilmişdir.

Qrup ÜADA rəhbərliyinə milli antidopinq təşkilatlarına dair ekspert məsləhəti vermək və dəstək göstərmək məqsədilə yaradılmışdır. Qrup AMADA rəhbəri Şəfəq Hüseynli daxil olmaqla, dünyanın müxtəlif ölkələrini təmsil edən dopinqlə mübarizə sahəsində tanınmış 10 ekspertdən ibarətdir.