AZENG
23 Noyabr 2020

2021-ci il Ümumdünya Antidopinq Məcəlləsinin dəyişiklikləri haqqında vebinar keçirilib.

2021-ci il Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişikliklər və yeniliklər haqqında jurnalistlər üçün vebinar keçirilib.

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan İdman Jurnalistləri Federasiyasi ilə birgə 2021-ci il Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişikliklər və yeniliklər haqqında 23 noyabrda KİV nümayəndələri üçün vebinar təşkil edib. Vebinarda yeni Ümumdünya Antidopinq Məcəlləsi və növbəti ildən qüvvəyə minəcək digər yeniliklərlə bağlı media nümayəndələri ətraflı məlumatlandırılıb. Bildirilib ki, 2021-ci il yanavarın 1-dən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsində bir sıra vacib yeniliklər əksini tapıb. Yenilik və diəyişiklərin dolğun şəkildə idman ictimaiyyətinə çatdırılması üçün AMADA tərəfindən görülən işlərlərlə bağlı media nümayəndələri məlumatlandırılıb. Bununla bağlı idmançılar, onların köməkçi heyəti, respublilka idman federasiyalarının rəsmi şəxsləri və məsul şəxslər üçün silsilə vebinarlar keçirilib. Keçirilən təlimlərdə onlara qüvvəyə minəcək yeniliklər ətraflı izah edilib. Bundan əlavə onlar yenilikləri əks etdirən əyani vəsaitlər və digər maarifləndirici vəsaitlərlə təmin ediləcək.

Vebinarda yeni Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişikliklərlə bağlı videotəqdimat nümayiş etdirilib. Daha sonra mövzu ilə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.