AZENG
26 Noyabr 2020

ÜADA Milli Antidopinq Təşkilatları üzrə Məşvərət Qrupunun iclası

Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) Milli Antidopinq Təşkilatları üzrə Məşvərət Qrupunun növbəti iclası keçirilib.

Bu gün Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) Milli Antidopinq Təşkilatları üzrə Məşvərət Qrupunun növbəti iclası keçirilib. Videokonfrans formatında keçirilən görüşdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru, ÜADA-nın Milli Antidopinq Təşkilatları üzrə Məşvərət Qrupunun üzvü Şəfəq Hüseynli iştirak edib. Qeyd edək ki, Məşvərət Qrupunun ÜADA rəhbərliyinə milli antidopinq təşkilatlarına dair ekspert məsləhəti vermək və dəstək göstərmək məqsədilə yaradılmışdır. Qrup dünyanın müxtəlif ölkələrini təmsil edən dopinqlə mübarizə sahəsində tanınmış 10 ekspertdən ibarətdir. AMADA-nın direktoru Şəfəq Hüseynli 2019-cu ildə məşvərət qrupuna üzv seçilib.