AZENG
29 May 2019

AMADA Respublika Günü münasibətilə təmizlik aksiyası keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Ətraf mühiti zibildən təmizləyək!” çağırışı ilə təmizlik aksiyası keçirib.

28 May – Respublika Gününə həsr edilən aksiya zamanı AMADA əməkdaşları, dopinq nəzarətçiləri, peşəkar idmançılar və məşqçilər Bilgəh çimərliyində plastik, şüşə, taxta, kağız və digər tullantılar toplayıblar.

Aksiyaya Azərbaycanın karate, volleybol, qılıncoynatma, velosiped idmanı, yüngül atletika federasiyalarının nümayəndələri qatılıblar.

Öz işində təmizlik və saflıq prinsiplərini rəhbər tutan AMADA bu cür aksiyaları mütəmadi olaraq keçiməyi planlaşdırır.