AZENG
21 May 2019

ÜADA və Şerbruk Universiteti antidopinq üzrə magistr proqramı hazırlayırlar

Ümumdünya Antidopinq Agentliyi (ÜADA) və Kanadanın Şerbruk Universiteti beynəlxalq səviyyədə tanınacaq proqram üzərində işləyirlər.

Proqram iki əsas istiqaməti əhatə edəcək:

1) Antidopinq və idman sahəsində ingilis və fransız dillərində yüksək səviyyəli tədqiqat

2) Antidopinq və idman sahəsində magistr dərəcəsinin yaradılması.

Bu mövzuya həsr olunmuş görüş ötən həftə Monreal şəhərində keçirilib.

Görüşdə AMADA-nın direktoru Şəfəq Hüseynli və ÜADA-nın antidopinq və idmana aid sosial elmlər üzrə tədqiqat kafedrasının müdiri David Pavo iştirak ediblər.