AZENG
21 İyun 2019

AMADA II Avropa Oyunlarında ÜADA-nın müşahidəçisi qismində çıxış edir

Azərbaycan antidopinq agentliyi (AMADA) İkinci Avropa Oyunlarında Ümumdünya antidopinq agentliyinin (ÜADA) müstəqil müşahidəçilər qrupuna daxil edilib. Avropa Oyunları iyunun 21-30-da Minsk şəhərində keçiriləcək.

ÜADA-nın müstəqil müşahidəçilər qrupunun heyəti AMADA-nın direktoru Şəfəq Hüseynli və Böyük Britaniya antidopinq təşkilatı, Velosiped idmanının antidopinq fondu, ÜADA-nın Avropa ofisini təmsil edən daha üç nəfərdən ibarətdir.

Ekspertlər oyunlara start verilməsindən bir neçə gün əvvəl işə başlayıblar. Müşahidəçilər Avropa Oyunlarının antidopinq proqramının icrasına və antidopinq qaydalarına riayət olunmasına nəzarət edir, dopinq nəzarəti prosedurlarının təkmilləşdirilməsinə dair tövsiyyələrini verirlər.    

İkinci Avropa Oyunlarının proqramı 15 idman növünü əhatə edir. Yarışlara 50 ölkədən 4 mindən çox atlet qatılacaq. Azərbaycanı 11 növ üzrə 82 idmançı təmsil edir.