AZENG
23 Fevral 2024

Beynəlxalq elmi-praktik konfransın iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət ediblər

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təşkilatçılığı ilə keçirilən “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransın iştirakçıları fevralın 23-də Ümummilli Lider Heydər Əliyevin Qubanın mərkəzində ucaldılan abidəsini ziyarət ediblər.

İştirakçılar Ulu Öndərin abidəsi önünə tər güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Gənclər və İdman Nazirliyinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin dəstəyi, AMADA və ASAPES-in birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans idmançılar üçün nəzərdə tutulub. Tədbirin media tərəfdaşı Azərbaycan Dövlət İnformasiya Agentliyidir (AZƏRTAC).