AZENG
20 May 2019

Antidopinq e-tədris platforması Azərbaycan dilinə tərcümə olunacaq

Antidopinq e-tədris platforması (ADeL) və İdmançılar üçün sağlamlıq və antidopinq tədrisi proqramının (ALPHA 2.0) Azərbaycan dilinə tərcüməsi Ümumdünya antidopinq agentliyinin (WADA) təhsil üzrə qrupunun iclasında müzakirə edilib.

Ötən həftə Monreal şəhərində baş tutan geniş və məhsuldar müzakirələr milli antidopinq təşkilatları üçün hazırlanan tədqiqat proqramlarının tətbiq edilməsi kimi maraqlı mövzuları əhatə edib.

Görüşdə AMADA-nın direktoru Şəfəq Hüseynli və WADA-nın təhsil və kommunikasiyalar üzrə mütəxəssisləri Ketrin Maklin, Toni Kanninqem və Kangeun Li iştirak ediblər.