AZENG
15 Fevral 2021

Azərbaycan Milli Antidopinq Agentliyi və "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyi əməkdaşlıq edəcək

15 fevral 2021-ci il tarixində  Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və "Azərbaycan İdman Könüllüləri"  (AİK) İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzlanıb.  AMADA-nın direktoru Şəfəq  Hüseynli və  AİK İB-nin  idarə heyətinin  sədri Miraqil Seyidzadənin  imzaladığıəməkdaşlıq memorandumu AMADA və AİK arasında əməkdaşlıq münasibətlərinin qurulmasını nəzərdə tutur. Sənəd ölkəmizdə keçirilən beynəlxalq və yerli səviyyəli idman tədbirlərində könüllülərin dopinq nəzarəti prosesinə  cəlb edilməsi və Azərbaycan gəncləri arasında könüllülük hərəkatının inkişafınının dəstəklənməsi üçün əməkdaşlığı ehtiva edir.

Mərasimdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, könüllülərin idman tədbirlərində dopinq nəzarətinin həyata keçirilməsinə cəlb edilməsi ilə bərabər  sağlam həyatın, təmiz idmanın təbliği, o cümlədən antidopinq maarfiləndirməsi baxımından da böyük imkanları var. AMADA AİK-lə əməkdaşlıq edərək bu potensialdan səmərəli istifadə etmək niyyətindədir.  Bu, həm də könüllülərin antidopinq sahəsində biliklərini artırması və gələcəkdə bu sahədə fəaliyyət göstərməsi üçün yeni imkanlar açacaq.

AİK İB-nin  idarə heyətinin  sədri Miraqil Seyidzadə isə bildirib ki, dopinq nəzarəti idmanın ən vacib sahələrindən biridir və AİK İB bu sahədə görülən işlərə töhfə vermək  üçün  AMADA ilə sıx əməkdaşlıq edəcək. Miraqli Seyidzadə əlavə edib ki, könüllülərin bu sahədəki təbirlərə cəlb edilməsi,   biliklər qazanması və təcrübə toplaması  onların gələcək karyerası baxımından da əhəmiyyətlidir.