AZENG
26 Yanvar 2023

İdman sahəsində narkotik vasitələrin istifadəsi ilə mübarizədə AMADA-nın rolu haqqında məqalə dərc edilib

İdman sahəsində narkotik vasitələrin istifadəsi ilə mübarizədə AMADA-nın rolu haqqında məqalə çap edilib

Məqalə Azərbaycanda idman sahəsində narkotik vasitələrin istifadəsi ilə mübarizədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rolunun və fəaliyyətinin öyrənilməsinə həsr olunub. Müəlliflər bu problemlə mübarizədə AMADA-nın əsas fəaliyyət istiqamətlərini açıqlayaraq profilaktik tədbirlərin daha təsirli olduğunu qeyd edirlər. Narkomaniyaya qarşı mübarizədə effektiv profilaktik tədbirlərdən biri idmandır. Məhz fiziki aktiv həyat tərzi sağlamlığa əhəmiyyətli dərəcədə fayda verə bilər. Ona görə də cəmiyyətdə dayanıqlı bir fikir formalaşdırmaq lazımdır ki, qadağan olunmuş maddələr və narkotiksiz təmiz idman – aktual, nüfuzlu və maraqlıdır.

Məqaləni aşağıdakı link vasitəsilə yükləmək mümkündür.

İdman sahəsində narkotik vasitələrin istifadəsi ilə mübarizədə AMADA-nın rolu haqqında məqalə pdf