AZENG
06 Avqust 2019

AMADA və Beynəlxalq Test Agentliyi əməkdaşlığa başlayırlar

AMADA və Beynəlxalq Test Agentliyi (ITA) əməkdaşlıq haqqında saziş imzalayıblar.

Sazişdə tərəflər arasında dopinq testlərinə aid məlumat və təcrübə mübadiləsi, tədqiqat, idmançıların bioloji pasportları və digər məsələlərlə bağlı sahələrdə əməkdaşlıq nəzərdə tutulub.

Sənədə əsasən AMADA ITA adından nümunələrin toplanılması üzrə agent qismində çıxış edə bilər və ITA üçün digər antidopinq xidmətləri göstərə bilər.