AZENG
15 Mart 2019

AMADA əməkdaşları və gimnastlar ÜADA-nın illik simpoziumuna qatılıblar

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları və gimnastlar İmran İmranov və Siana Vasilyevadan ibarət nümayəndə heyəti Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) 2019 illik simpoziumuna qatılıblar.

“2021-ci ilə doğru: Gələcəyi birlikdə idarə edərək” mövzusunda simpozium Lozanna şəhərində 13-14 mart tarixlərində keçirilib.

Həmçinin AMADA-nın rəhbəri Şəfəq Hüseynli Milli Antidopinq Təşkilatları İnstitutu (iNADO) tərəfindən martın 12-də Lozanna Universitetində keçirilən seminarda moderator qismində çıxış edib.