İdmançıların dərman qəbul etmələrini və ya prosedurlardan keçmələrini tələb edən tibbi vəziyyətləri və ya xəstəlikləri ola bilər. İdmançının hər hansı xəstəliyinin və ya tibbi vəziyyətinin müalicə olunması üçün istifadəsi tələb olunan maddə və ya üsul Ümumdünya Antidopinq Agentliyinin (WADA) Qadağan edilmiş Siyahısına əsasən qadağan olduqda, Tİİ həmin idmançıya bu maddəni və ya üsulu Antidopinq Qayda Pozuntusuna (AQP) yol vermədən və müvafiq sanksiyaya məruz qalmadan idmanda istifadə etmək üçün icazə verə bilər. Tİİ üçün müraciətlər Tİİ Komitəsinin (TİİK) həkim heyəti tərəfindən qiymətləndirilir.
TİİK tərəfindən verilmiş Tİİ istənilən milli səviyyədə istənilən ölkədə etibarlıdır və onun hər hansı digər Milli Antidopinq Təşkilatı tərəfindən tanınması zəruri deyil.
Aşağıda qeyd edilən 4 meyarın hər biri qarşılanmalıdır (ətraflı məlumat üçün WADA-nın Tİİ üzrə Beynəlxalq Standartının 4.2-ci maddəsinə istinad edin):
Antidopinq Qaydalarına tabe olan idmançılara, qadağan edilmiş hər hansı maddənin qəbul edilməsi və ya qadağan edilmiş hər hansı üsulun istifadə edilməsi üçün Tİİ tələb olunur. Hansı quruma müraciət etməli olduğunuzu və retroaktiv qaydada müraciət üçün əsasın olub-olmadığını AMADA-dan öyrənə bilərsiniz.
Əvvəlcə qəbul etmək və ya istifadə etmək istədiyiniz dərman və ya üsulun WADA-nın Qadağan edilmiş Siyahısına uyğun olaraq qadağan olub-olmadığını yoxlayın.
Qadağan edilmiş siyahı (İngilis dilində) / Qadağan edilmiş Siyahı (Azərbaycan dilində)
İdmançı olduğunuzu və Antidopinq Qaydalarına tabe olduğunuzu həkiminizə (həkimlərinizə) məlumat vermək Sizin məsuliyyətinizdir. Siz və həkimləriniz sizə verilən hər hansı maddə/üsulu Qadağan edilmiş Siyahı üzrə yoxlamalısınız. Maddə / üsul qadağan olduqda, qadağan edilməyən alternativləri müzakirə edin, mövcud olmadıqda isə, Tİİ üçün müraciət edin. Unutmayın ki, yekunda məsuliyyət idmançının üzərinə düşür. Əgər çətinlik çəkirsinizsə AMADA ilə əlaqə saxlayın.
Eyni zamanda idmançı səviyyənizi və Tİİ müraciəti üzrə tələbləri müəyyən etmək üçün də AMADA ilə əlaqə saxlayın.
Milli səviyyəli idmançı olduğunuz müəyyən olunarsa, fövqəladə və müstəsna hallar istisna olmaqla, zərurət yaranan kimi AMADA-ya əvvəlcədən müraciət etməlisiniz.
o şərtlə ki, yuxarıda qeyd olunan (2), (3), (4) və (5) müddəaları, prioritetləşdirilmiş idman növləri üzrə böyük və gənc idmançılara aid edilsin].
Yalnız yarış müddətində qadağan edilmiş maddələr üçün növbəti yarışdan ən az 30 gün əvvəl Tİİ üçün müraciət etməlisiniz. Xahiş olunur aşağıda “Tİİ üçün AMADA-ya necə müraciət etmək olar?” bölməsinə baxın.
Əgər səviyyəniz yuxarıda göstərildiyi kimi milli səviyyədən aşağıdırsa, [Milli və ya beynəlxalq səviyyəli olmayan], AMADA və ya hər hansı digər antidopinq təşkilatı tərəfindən test edildikdən sonra retroaktiv qaydada Tİİ üçün müraciət etmək hüququnuz var.
Vacib qeyd:
AMADA tərəfindən verilən Tİİ yalnız milli səviyyədə etibarlıdır. Beynəlxalq səviyyəli idmançı olduğunuz halda, yaxud Böyük Oyunlarda iştirak etdiyiniz halda, Beynəlxalq Federasiya (BF) və ya Əsas Tədbir Təşkilatçısı (ƏTT) tərəfindən tanınmadığı təqdirdə, həmin Tİİ-niz etibarlı hesab edilməyəcək. AMADA-nın verdiyi Tİİ-nin BF və ya ƏTT tərəfindən avtomatik olaraq tanınmasını yoxlamaq sizin öz məsuliyyətinizdir.
AMADA sizin səviyyənizin və Tİİ müraciəti üzrə tələblərin müəyyən edilməsində sizə dəstək göstərə bilər və ehtiyac yarandığı təqdirdə AMADA Tİİ-nizin tanınması üçün BF və ya ƏTT-yə müraciət etməkdə kömək edə bilər.
AMADA ilə əlaqə:
Telefon: +994 12 599 08 28
Mobil: +994 50 218 82 06
E-poçt: tue@amada.az
AMADA-ya ancaq aşağıdakı meyarları qarşıladığınız halda retroaktiv qaydada Tİİ üçün müraciət edə bilərsiniz:
Əgər Məcəllənin məqsədini nəzərə alaraq retroaktiv Tİİ-nin verilməməsi açıq-aydın ədalətsizlikdirsə, müstəsna hallarda və Terapevtik İstifadə üçün İstisnalar üzrə Beynəlxalq Standartın heç bir müddəasına baxmayaraq idmançı, qadağan edilmiş maddə və ya qadağan edilmiş üsulun istifadəsi ilə bağlı retroaktiv qaydada Tİİ üçün müraciət edə və ala bilər.
AMADA buna əsaslanaraq beynəlxalq səviyyəli və milli səviyyəli idmançıların retroaktiv Tİİ üçün müraciətinə icazəsini yalnız WADA-nın əvvəlcədən alınmış təsdiqi ilə verə bilər (WADA, öz ixtiyarı ilə AMADA-nın qərarı ilə razılaşa bilər və ya onu rədd edə bilər).
Vacib qeyd:
Tİİ olmadan qadağan edilmiş maddə və ya üsuldan istifadə etmək Antidopinq Qayda Pozuntusu ilə (AQP) nəticələnə bilər.
Nümunə toplandıqdan sonra retroaktiv qaydada Tİİ üçün müraciət edilməsi lazım olduğu təqdirdə, tibbi sənədlərin hazırlanaraq qiymətləndirilməyə hazır olması tövsiyə olunur.
AMADA, tələb olunan tibbi sənədlə birlikdə Tİİ müraciətlərinin ADAMS vasitəsilə təqdim edilməsini tövsiyə edir. Əgər ADAMS hesabınız yoxdursa, hesab açmaq üçün zəhmət olmasa tue@amada.az ilə əlaqə saxlayın.
Əks təqdirdə, xahiş olunur AMADA-nın Tİİ Müraciət Formasını yükləyin və lazımi qaydada doldurulub imzaladıqdan sonra lazımi tibbi sənədlə birlikdə tue@amada.az elektron poçt ünvanına göndərin.
Tİİ müraciət forması əl yazısı ilə böyük çap hərflərlə və ya elektron doldurulmalıdır.
Tibbi sənədlərinizə daxil edilməlidir:
Müraciətlə bağlı zəruri olan bütün məlumatlar üzrə xərclər idmançının öz öhdəliyidir.
Tam və ya oxunması mümkün olmayan hər hansı bir Tİİ müraciətinə baxılmır və tamamlanaraq yenidən təqdim edilməsi üçün geri qaytarılır.
Tibbi sənədləri doğru təqdim etməkdə sizə və həkiminizə kömək etmək üçün Tİİ müraciəti zamanı bələdçilik və dəstək üçün Tİİ müraciətləri üzrə WADA-nın tələb olunan sənədlər siyahılarına və müəyyən ümumi tibbi şərtlər, müalicələr, maddələr və s. üzrə TİİK-lərin qərarlarını dəstəkləyən tibbi məlumatlara baxmağı tövsiyə edirik.
Tİİ ərizə formasının və müraciətinizi dəstəkləyən təqdim edilmiş bütün tibbi məlumatların surətini və göndərilmə haqqında sübutu saxlayın.
AMADA TİİK ən qısa müddətdə və ümumiyyətlə tələb olunan tibbi məlumatlar daxil olmaqla tam Tİİ müraciətinin alındığı tarixdən etibarən 21 gün ərzində qərar verməlidir.
Hər Tİİ-nin müəyyən bir icazə verilən istifadə müddəti var və bu müddətin sonunda Tİİ avtomatik olaraq etibarsız sayılır. Əgər sizə qadağan edilmiş maddə və ya üsuldan istifadə etməyə davam etmək lazımdırsa, cari Tİİ-nin son istifadə tarixindən əvvəl bütün lazımi tibbi sənədlərlə yeni bir müraciət təqdim etməlisiniz ki, əvvəlki Tİİ-nin bitməsindən öncə TİİK tərəfindən qərar verilməsi üçün kifayət qədər vaxt olsun.
Vacib qeyd:
Qadağan edilmiş maddənin və ya üsulun mövcudluğu (nümunə toplanmasından sonra), istifadəsi, saxlanması və ya tətbiqi Tİİ şərtlərinə uyğun olmalıdır. Bu səbəbdən əhəmiyyətli dərəcədə fərqli bir doza, tezlik, istifadə yolu və ya istifadə müddəti tələb edilirsə, yeni bir Tİİ üçün müraciət etməyiniz tələb oluna biləcəyi üçün AMADA ilə əlaqə saxlamalısınız. Bəzi maddələr və onların dozaları, məsələn, insulin, müalicə zamanı tez-tez dəyişdirilir və bu mümkün dəyişmələr Tİİ müraciətində müalicəni aparan həkim tərəfindən qeyd edilməlidir və bu adətən Antidopinq Təşkilatının TİİK tərəfindən məqbul sayılır.
Əsas Tədbir Təşkilatı (ƏTT) idmançılardan Tədbirlə əlaqədar qadağan edilmiş maddə və ya üsuldan istifadə etmək istədikləri halda, Tİİ-nin tanınması üçün müraciət etmələrini tələb edir.
Əgər AMADA tərəfindən verilmiş Tİİ-niz varsa və Əsas Tədbirdə, məsələn, Olimpiya Oyunlarında yarışacaqsınızsa, onun tanınma prosesi haqqında məlumat üçün ƏTT ilə əlaqə saxlamalısınız.
Hər hansı Tİİ müraciətinin rədd edilməsi qərarı, rədd səbəb(lər)inin yazılı izahını da ehtiva edir. Əgər səbəb sizə aydın deyilsə, Tİİ-nin niyə rədd edildiyini dəqiqləşdirmək üçün AMADA ilə əlaqə saxlayın. Bəzən vacib bir məlumat, diaqnostik test, laboratoriya nəticələri çatışmaya bilər və s. Bu halda bizə yenidən müraciət etməlisiniz. Əks təqdirdə, rədd qərarından aşağıdakı qaydada şikayət edə bilərsiniz:
İdmançı qərardan şikayət etmək istəyərsə, imtina edilən tarixdən iyirmi bir gün (21) ərzində Antidopinq Qaydalarının 4.4.6.1-ci maddəsinə uyğun olaraq müvafiq apellyasiya qurumuna müraciət edə bilər.
Sizin və ya AMADA-nın tanınmamaq barədə bildiriş aldıqdan sonra məsələyə baxılması üçün WADA-ya göndərməsi üçün 21 gün vaxtınız var. AMADA-ya təqdim etdiyiniz və TİİK-in qərarını əsas götürdükləri məlumatları etibarlı onlayn üsulla və ya poçtla aşağıda qeyd edilən ünvana göndərməlisiniz:
WADA Medical Department World Anti-Doping Agency Stock Exchange Tower 800 Place Victoria (Suite 1700) P.O. Box 120 Montreal (Quebec) H4Z 1B7 Canada
Məlumat almaq və / və ya işə baxılması üçün sorğu göndərmək üçün e-poçt ünvanı: medical@wada-ama.org
WADA-nın qərarını gözləyərkən, AMADA-nın verdiyi Tİİ yalnız milli səviyyəli yarış və yarışdan kənar testlər üçün etibarlı olaraq qalır. Məsələnin nəzərdən keçirilməsi üçün WADA-ya göndərilmədiyi təqdirdə, AMADA verilmiş Tİİ-nin milli səviyyəli yarış və yarışdan kənar müddətdə testlər üçün qüvvədə olub-olmamasını müəyyənləşdirməlidir.
Dəstəkləyici tibbi məlumatlar daxil olmaqla Tİİ müraciətində olan bütün məlumatlar və Tİİ müraciətinizin qiymətləndirilməsi ilə əlaqəli hər hansı bir məlumat ciddi şəkildə məxfi saxlanılır və ADAMS Tİİ prosesində və AMADA-nın Tİİ Müraciət formasında yer alan İdmançı Bəyannaməsinə uyğun olaraq aparılır. TİİK-in bütün üzvləri və Tİİ müraciətinizi və bununla əlaqəli məlumatları (İdmançı Bəyannaməsində təsvir olunduğu kimi) alan digər səlahiyyətli şəxslər məxfilik öhdəliyi daşıyırlar.
İdmançı Bəyannaməsinin şərtlərini diqqətlə oxumağınız xahiş olunur. Xüsusilə, AMADA TİİK-in İdmançı Bəyannaməsinə uyğun olaraq Tİİ müraciətinizlə əlaqəli məlumat əldə etmək hüququnu ləğv etmək istəsəniz, Tİİ müraciətiniz təsdiq olunmadan geri götürülmüş hesab ediləcəkdir.
Tİİ müraciəti ilə əlaqəli məlumatlarınız, məxfilik və fərdi məlumatların mühafizəsi üzrə Beynəlxalq Standarta uyğun olaraq, İdmançı Bəyannaməsində göstərilən məqsədlər üçün lazım olan müddətdən artıq olmayaraq AMADA və digər səlahiyyətli şəxslər tərəfindən saxlanılacaqdır.
AMADA tərəfindən fərdi məlumatların işlənməsi ilə bağlı əlavə məlumat və suallarınız olduqda rm@amada.az vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Tİİ üçün müraciət etməli olduğunuz və ya tanınma prosesi və ya Tİİ ilə əlaqəli hər hansı bir sualınız olduqda, aşağıda qeyd edilmiş vasitələrlə əlaqə saxlaya bilərsiniz:
Telefon: +994 12 599 08 28 Mobil: +994 50 218 82 06 E-poçt: tue@amada.az
WADA International Standard for Therapeutic Use Exemptions (ISTUE)
WADA Checklists for TUE Applications
WADA Guidelines for the 2021 International Standard for Therapeutic Use Exemptions (ISTUE)
WADA Anti-Doping Education and Learning (ADEL)