AZENG

HÜQUQ

Antidopinq Qayda Pozuntusu

Antidopinq Qayda Pozuntuları

  • İdmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu;
  • İdmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi;
  • İdmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək;
  • İdmançı tərəfindən məkan məlumatı pozuntusu;
  • İdmançı və ya digər şəxs tərəfindən dopinq nəzarətinin hər hansı bir hissəsinin saxtalaşdırılması və ya saxtalaşdırma cəhdi;
  • İdmançı və ya digər şəxs tərəfindən qadağan edilmiş maddəyə və ya qadağan edilmiş üsula sahiblik;
  • İdmançı və ya digər şəxs tərəfindən hər hansı qadağan edilmiş maddə və ya qadağan edilmiş üsulun dövriyyəsi və ya dövriyyəsinə cəhd;
  • İdmançı və ya digər şəxs tərəfindən yarış müddətində hər hansı idmançıya hər hansı qadağan edilmiş maddə və ya qadağan edilmiş üsulun tətbiq edilməsi və ya tətbiq etmə cəhdi və ya yarışdan kənar müddətdə hər hansı idmançıya yarışdan kənar müddətdə qadağan edilmiş hər hansı qadağan edilmiş maddə və ya hər hansı qadağan edilmiş üsulun tətbiq edilməsi və ya tətbiq etmə cəhdi;
  • İdmançı və ya digər şəxs tərəfindən əlbirlik və ya əlbirlik cəhdi;
  • İdmançı və ya digər şəxs tərəfindən qadağan edilmiş əməkdaşlıq;
  • Səlahiyyətli qurumların məlumatlandırılmasına idmançı və ya digər şəxs tərəfindən maneəçilik və ya buna görə qisas xarakterli əməllər.