İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyada ittiham edilən və mümkün sanksiya ilə üzləşən şəxsə, öz müdafiəsini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman müvafiq hüquqi yardımın göstərilməsi haqqında müddəa mövcuddur. Antidopinq icraatının məqsədi cəzalandırmaq deyil, ədalətin bərqarar olunması və təmiz idman prinsiplərinin müdafiə olunmasıdır.
Antidopinq sisteminin tələbləri ilə idmançıların müdafiə edilməsi zərurətinin tarazlaşdırılmasının yollarından biri idmançılara müvafiq hüquqi yardım təmin etməkdir. Bu məqsədlə, AMADA öz təşəbbüsü ilə ölkənin aparıcı hüquq şirkətləri ilə əməkdaşlıq edir.
Nəticədə, AMADA “BM Morrison Partners” və “SME Law” şirkətləri ilə idmançılara pulsuz hüquqi yardımın təmin edilməsinə dair anlaşma memorandumu imzalanmışdır. Memoranduma hüquqi yardıma ehtiyacı olan idmançılara il ərzində müəyyən sayda pulsuz hüquq xidmətlərinin göstərilməsinə dair müddəa daxil edilmişdir.