AMADA Antidopinq Qaydaları Ümumdünya Antidopinq Məcəlləsinə uyğun yazılan əsas sənəddir. Antidopinq Qaydaları milli və beynəlxalq səviyyəli idmançılar, idmançılara dəstək heyəti, digər şəxslərə və idman subyektlərinə şamil edilir. Qanunvericiliyə uyğun olaraq, ölkədə bütün idman subyektləri idmanda dopinqə qarşı mübarizə aparmaq məqsədilə bu qaydalara riayət etməlidir.