AZENG
21 Dekabr 2023

Bu gün xalqımız tarixi hadisəyə şahidlik edib

Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış etdi.
Sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olundu.
Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşdü, onlarla xatirə şəkli çəkdirdi. Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ”–MOİK görüşü başladı.

Oyunu Azərbaycan idman ictimaiyyətinin nümayəndələri, eləcə də Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə də izləyib.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

// JavaScript to handle gallery functionality