20 Yanvar faciəsindən 35 il ötür. Hər il olduğu kimi, bu il də faciənin ildönümündə xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Səhər saatlarından başlayaraq insanlar axın-axın Şəhidlər xiyabanına gəlir, qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzür, onların azadlıq mübarizəsindəki rolunu minnətdarlıq hissi ilə xatırlayırlar.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) kollektivi də yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş Vətən övladlarının müqəddəs xatirəsini ehtiramla anıb, şəhidlərin məzarları üzərinə tər güllər qoyub.