AZENG
06 Mart 2025

AMADA idman paradında təmsil olunub

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 2025-ci ilin 'İdman paytaxtı' Qəbələdə parad təşkil olunub.

Olimpiya və Paralimpiya çempionları, idman səfirləri, könüllülər, idman federasiyalarının və idman ictimaiyyətinin nümayəndələri və könüllülərin iştirak etdiyi paradda Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları da yer alıblar.

Parad Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin önündə başlayıb və Qəbələ regional “ASAN xidmət” mərkəzinin qarşısında başa çatıb.

Paraddan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, gənclər və idman naziri Fərid Qayıbov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev əlamətdar gün münasibətilə idman ictimaiyyətinin nümayəndələrini təbrik ediblər.

Tədbirə konsert proqramı ilə yekun vurulub.

// JavaScript to handle gallery functionality