AZENG
16 Dekabr 2024

AMADA 2024-cü ildə üçüncü beynəlxalq konfransa ev sahibliyi edib

Dekabrın 16-da “Four Seasons” mehmanxanasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış” adlı beynəlxalq konfras təşkil olunub.

Tədbirdə dövlət rəsmiləri, Olimpiya çempionları, federasiya rəhbərləri, həmçinin Ümumdünya Antidopinq Agentliyinin (WADA), Beynəlxalq Test Agentliyinin (ITA), digər ölkələrin milli antidopinq təşkilatlarının rəhbər şəxsləri, nüfuzlu ali təhsil ocaqlarının professorları və beynəlxalq mütəxəssislər iştirak ediblər.

Açılış mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva və AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. WADA-nın prezidenti Vitold Bankanın konfrans iştirakçılarına ünvanladığı videomüraciət nümayiş olunub.

Konfrans işini sessiyalar üzrə davam etdirib.

Sessiyaların sonunda sual-cavab mərhələləri təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Konfrans çərçivəsində AMADA və “Gilavar” Foto Klubunun birgə təşkil etdiyi “Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar” adlı beynəlxalq müsabiqənin qalib fotolarından ibarət sərgi nümayiş olunub.

Sonda çıxış edən AMADA-nın içraçı direktoru Təhminə Tağı-zadə bütün iştirakçılara minnətdarlığını bildirib.

// JavaScript to handle gallery functionality