Vakansiya: Baş Mühasib
Əsas vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Qanuna və digər normativ hüquqi aktlara uyğun şəkildə təşkili və idarə olunması;
- Maliyyə əməliyyatlarının ilkin sənədlər əsasında analitik və sintetik uçotunun aparılması;
- İllik və dövri maliyyə hesabatlarının hazırlanması və təqdim olunması (maliyyə, vergi, sosial sığorta, donor və s.);
- Xərclər smetasının və məhsul, iş və xidmətlərin maya dəyərinin hazırlanması;
- Əməkhaqqı, məzuniyyət, işdən çıxma və digər ödənişlərin hesablanması və sənədləşdirilməsi;
- İnventarizasiyanın təşkili və nəticələrinin uçotla uyğunlaşdırılması;
- Mühasibat sənədlərinin dövriyyəsi və arxivləşdirilməsinə nəzarət;
- Dövlət büdcəsindən ayrılan vəsaitlərin və digər maliyyə mənbələrinin təyinatı üzrə istifadəsini təmin etmək;
- Daxili və xarici audit yoxlamalarına hazırlıq və cavabdehlik;
- Xarici donorlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində hesabatların hazırlanması;
- Mühasibat uçotu sistemlərinin səmərəli təşkili və müvafiq proqram təminatı (1C, ERP və s.) ilə iş bacarığı.
Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
- Minimum 5 il mühasibatlıq sahəsində iş təcrübəsi, o cümlədən son 2 il ərzində rəhbər vəzifədə çalışmaq;
- Peşəkar Mühasib Sertifikatı (PM);
- Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini dərindən bilmək;
- Şəffaflıq və hesabatlılıq sahəsində bilik və bacarıqlar;
- IFRS və donor hesabatlılığı sahəsində təcrübə.
Üstünlük veriləcək namizədlərə:
- ACCA, CIPA və ya digər beynəlxalq mühasibatlıq sertifikatlarına malik olanlara;
- Dövlət və ya donor layihələri təcrübəsi olanlara;
- İngilis dili bilikləri (yazılı hesabat və yazışma səviyyəsində).
E-poçtun mövzu hissəsində “Baş mühasib” qeyd edilməsi mütləqdir.
Tələblərə uyğun namizədlər məlumatlarını (CV) cv@amada.az e-poçtuna göndərə bilərlər.