Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2024-cü ildə ilk iclası keçirilib.
İclasda AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə cari ilin fəaliyyət planını təqdim edib.
Sonra korporativ idarəetmə standartlarının tətbiqinə yönəlmiş bir sıra qərarlar qəbul olunub. O cümlədən kənar auditorun cəlb edilməsi nəzərdə tutulub.
AMADA şəffaflıq və keyfiyyətə nəzarət üzrə beynəlxalq standartları tətbiq etmək, Azərbaycanda və dünyada idmanın inkişafına töhfə vermək, təmiz idmanı təşviq etmək öhdəliyinə sadiqdir və bu sahədə fəaliyyətini davam etdirəcəkdir.