AZENG
10 May 2024

AMADA-nın icraçı direktorunun müavini “İdman və ekologiya” mövzusunda seminarda çıxış edib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə məşqçi, tibb personalı və idmançılar üçün “İdman və ekologiya” mövzusunda seminar təşkil olunub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) təşkil olunan və 60-dək iştirakçının qatıldığı seminarda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Solmaz Bayramova, AMEA Rəyasət Heyəti Aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun müalicə üzrə sədr müavini, Horizon Avropa Proqramının Səhiyyə üzrə milli əlaqələndirici şəxs, tibb üzrə fəlsəfə doktoru, ATU-nun dosenti Rəhimə Qabulova, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktorunun müavini, Horizon Avropa Proqramının Birgə Tədqiqat Mərkəzi üzrə milli əlaqələndirici şəxs, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Efendiyev, Kanadanın Kalqari Universitetinin müəllimi, "E2E Energy Solutions" şirkətində davamlılıq üzrə baş məmur, biologiya üzrə fəlsəfə doktoru Sabina İsgəndərova çıxış ediblər.

Gənclər və İdman Nazirliyi və Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun təşkilatçılığı ilə keçirilən seminar məşqçilərin, idmançıların, tibb personalının bilik və bacarıqlarının artırılması, fəaliyyətlərinin daha da təkmilləşdirilməsi və digər mövzuları əhatə edib.

// JavaScript to handle gallery functionality