AZENG
27 September 2024

AMADA-nın kollektivi Zəfər parkında olub

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
Dövlət başçısı parkın girişində xatirə daşının önünə gül dəstəsi qoyub.

Sonra Zəfər parkını ziyarət edən Azərbaycanın dövlət qurumlarının əməkdaşları sırasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) kollektivi də olub. Onlar parkın girişindəki xatirə daşının önünə tər güllər düzüblər, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

// JavaScript to handle gallery functionality