AZENG
15 March 2024

AMADA iNADO-nun cari il üçün “Workshop”unda təmsil olunub

14 mart 2024-cü il tarixində İsveçrənin Lozanna şəhərində Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) cari il üçün “Workshop”u təşkil olunub.

Lozanna Universitetində keçirilən tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Qlobal antidopinq səylərinin inkişafına yönəlmiş tədbirin plenar sessiyalarında İdmançının Bioloji Pasportu, onun tarixi konteksti və son nailiyyətləri müzakirə olunub. Həmçinin idmançıların rifahı, EPO test strategiyaları, hüquqi aspektlər, testetmə, qeyri-ixtiyari dopinq, təhsil və “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlıq barədə də fikir mübadiləsi aparılıb.

Tədbirin gündəliyinə dərman vasitələrinin elektron yoxlanış alətləri, məlumat toplanması və təhqiqat üsullarının hazırlanması kimi mövzular da daxil edilib.

Habelə tədbir maraqlı tərəflər üçün fikir mübadiləsi aparmaq, təmiz idmanın və dopinqlə mübarizənin təşviqində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli fürsətlər yaradıb.

// JavaScript to handle gallery functionality