20 Yanvar faciəsindən 34 il ötür.
Hər il olduğu kimi, bu il də faciənin ildönümündə xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Səhər saatlarından başlayaraq insanlar axın-axın Şəhidlər xiyabanına gəlir, qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzür, onların azadlıq mübarizəsindəki rolunu minnətdarlıq hissləri ilə xatırlayırlar.
Azərbaycan Milli Antidopinq Agentliyinin kollektivi də yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş Vətən övladlarının müqəddəs xatirəsini ehtiramla anıb, şəhidlərin məzarları üzərinə təzə tər qərənfillər qoyub.