AZENG

EDUCATION

National Education Program

Təhsil və maarifləndirmə proqramlarının əsas məqsədi bədən tərbiyəsi və idman fəaliyyəti ilə məşğul olan şəxslərin, həmçinin geniş ictimaiyyətin təmiz idman dəyərləri, dürüst rəqabət, dünyada və ölkəmizdə dopinq nəzarət sisteminin fəaliyyəti və dopinq istifadəsi ilə bağlı yarana biləcək təhlükələr haqqında məlumatlandırmaqdır.

AMADA antidopinq sahəsində təhsil və maarifləndirmə proqramlarını Ümumdünya Antidopinq Məcəlləsinin «Təhsil üzrə Beynəlxaq Standart»ına uyğun olaraq həyata keçirir. Standartın tələblərinə əsasən təhsil və maarifləndirmə aşağıdakı qruplar üçün uyğunlaşdırılmış proqramlar əsasında həyata keçirir.

İdmançılar üçün antidopinq təhsil proqramı:

  • İdmançının hüquq və öhdəlikləri;
  • Təmiz idman – Təmiz qələbə;
  • Dopinq nədir? Antidopinq Qayda pozuntuları;
  • Dopinq nəzarəti prosesi;
  • Qadağan edilmiş Siyahı;
  • Terapevtik İstifadə üçün İstisnalar;
  • Məkan Məlumatı;
  • Faydalı məsləhətlər;
  • Əsas tədbirlərə dair antidopinq məlumatlandırma.   

İdmançı köməkçi heyəti üçün antidopinq təhsil proqramı:

  • İdmançı köməkçi heyətinə kimlər aiddir;
  • İdmançı köməkçi heyətinin vəzifə və öhdəlikləri;
  • Antidopinq qayda pozuntuları;
  • Dopinq nəzarəti prosesi;
  • Qadağan edilmiş Siyahı;
  • Terapevtik İstifadə üçün İstisnalar;
  • Məkan Məlumatı;
  • Faydalı məsləhətlər;
  • Əsas tədbirlərə dair antidopinq məlumatlandırma.  

İdmançıların valideynləri üçün antidopinq maarifləndirmə proqramı:

  • Antidopinq qayda pozuntuları;
  • Qadağan edilmiş Siyahı;
  • Valideyin üçün yaddaş kitabçası.

İdman təşkilatlarının rəsmiləri üçün antidopinq maarifləndirmə proqramı:

  • İdman Federasiyalarının antidopinq sahəsində rolu, vəzifə və öhdəlikləri.

Mass – Media nümayəndələri üçün antidopinq maarifləndirmə proqramı

  • Təmiz idman – Təmiz qələbə;
  • Dopinq nədir? Antidopinq Qayda pozuntuları.

Antidopinq maarifləndirilməsi üzrə Məsul Şəxslər

2020-ci ildə AMADA İdman Federasiyalarının rəhbərliyi ilə birgə idmançı və idmançı köməkçi heyətinin antidopinq sahəsində biliklərinin artırılması və təmiz idman dəyərlərinin geniş təbliği məqsədilə Antidopinq maarifləndirilməsi üzrə Məsul Şəxslər təyin edilmişdir.

AMADA Məsul Şəxslər üçün xüsusi tədris proqramı hazırlamış, silsilə təlimlər təşkil etmiş və təlim yekunlarına əsasən məsul şəxslərə sertifikatlar təqdim etmişdir.

Dəyərlərə əsaslanan təhsil

Dəyərlərə əsaslanan təhsil - Uşaq, yeniyetmə və gənclər arasında təmiz idman, şəxsi mənəvi dəyərlər, etik normalara uyğun davranış və fərdi prinsiplərə əsaslanaraq qərar vermək qabiliyyətinin inkişafına yönəldilmiş təlim proqramlarını əhatə edir.

Proqramın məqsədi müəllimlərə (təlimçilərə) şagirdlərin ədalətli və dürüst olmağını, özünə və digər iştirakçılara hörmət etməyi, idman dəyərlərini və dəyərlərə əsaslanan davranışı öyrətməkdir. Bu Proqram özündə müxtəlif mövzuları, oyunları, müzakirələri və əyləncəli viktorinaları əhatə edir.