Təmiz idman - özünəməxsus potensialı üzə çıxarmaq, özünü ifadə etmək, rəqibə qarşı hörmət, ədalətli oyun və dürüstlük deməkdir.
İDMANÇILARIN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
İdmançıların Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlarla tənzimlənən hüquqları vahid «İdmançıların Antidopinq Hüquqları Aktı» sənədində cəmləşdirilmişdir.
CİDDİ MƏSULİYYƏT
Ciddi məsuliyyət - İdmançı və yalnız idmançı bədəninə daxil olan hər hansı bir maddəyə görə şəxsi məsuliyyət daşıyır.
İDMANÇI KATEQORİYALARI
Milli Səviyyəli İdmançı - Test etmə və təhqiqatlar üzrə beynəlxalq standarta uyğun olaraq hər bir Milli Antidopinq Təşkilatı tərəfindən müəyyən edilən milli səviyyədə idmanda yarışan idmançı.
Beynəlxalq səviyyəli idmançı - Test etmə və təhqiqatlar üzrə beynəlxalq standarta uyğun olaraq hər bir Beynəlxalq Federasiya tərəfindən müəyyən edilən beynəlxalq səviyyədə idmanda yarışan idmançı.
Azyaşlı - 18 yaşına çatmamış fiziki şəxs.
Qorunan şəxs - Antidopinq qayda pozuntusu zamanı 16 yaşına çatmamış, 18 yaşına çatmamış, hər hansı Qeydiyyata alınmış Test Qrupuna daxil olmayan və heç vaxt beynəlxalq tədbirdə açıq kateqoriyada yarışmayan və ya (iii) yaş səbəbindən savayı müvafiq yerli qanunvericiliyə əsasən hüquqi qabiliyyəti məhdud olan idmançı.
Bədən tərbiyəsi ilə peşəkar səviyyədə məşğul olan şəxs - yəni bədən tərbiyəsi məqsədləri üçün idmanda və ya fitnesdə iştirak edən, lakin Milli Federasiya və ya hər hansı əlaqəli və qeyri-əlaqəli assosiasiya, təşkilat, klub, komanda və ya liqa tərəfindən təşkil edilən, tanınan və ya ev sahibliyi etdiyi yarış və ya tədbirlərdə iştirak etməyən və hər hansı antidopinq qayda pozuntusu törədilməsindən əvvəl beş il ərzində beynəlxalq səviyyəli idmançı.
ANTİDOPİNQ QAYDA POZUNTULARI
DOPİNQ NƏDİR?
Dopinq, bir və ya bir neçə antidopinq qayda pozuntusunun baş verməsi kimi müəyyən edilir.
WADA tərəfindən 11 Antidopinq Qayda Pozuntusu müəyyən edilib.
- Mövcudluq - Müsbət test (qan və ya sidik);
- İstifadə və ya istifadə cəhdi - Qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdinə dair hər hansı sübut;
- Yayınma, imtina və ya nümunəni təqdim etməmə - Dopinq Nəzarəti Əməkdaşından (DNƏ) gizlənmək, testdən imtina etmək, Dopinq Nəzarəti Məntəqəsinə gəlməmək və ya ilkin sidik nümunəsini təqdim etməmək;
- Məkan məlumatı pozuntuları - İdmançıların 60 dəqiqəlik müddətlərində qeyd etdiyi məkanda olmamaları, məkan məlumatını vaxtında təqdim etməmələri, ya da natamam və ya səhv məlumat təqdim etmələri;
- Saxtalaşdırma - Dopinq nəzarəti testi və digər antidopinq fəaliyyəti zamanı proseslərə müdaxilə;
- Sahiblik - Qadağan edilmiş maddələrə və ya üsullara əsaslı səbəb və ya terapevtik məqsəd olmadan sahiblik;
- Dövriyyə - Qadağan edilmiş maddələrin emalı, daşınması, satışı və ya satışına cəhd;
- İdmançıya tətbiq etmə - İdmançıya qadağan edilmiş maddəni vermək və ya verməyə cəhd etmək;
- Əlbirlik və ya əlbirlik cəhdi - Kiməsə dopinq qəbul etməkdə və ya dopinq qəbulunu gizlətməkdə kömək etmək;
- Qadağan edilmiş əməkdaşlıq - Diskvalifikasiya müddətində olan şəxs ilə işləmək və ya ondan kömək/xidmətlər istəmək;
- Yayındırma və ya qisas - Dopinq barədə məlumat vermək istəyən şəxsə hədə-qorxu gəlmək və ya məlumat verdikdə, onu cəzalandırmaq.
DOPİNQİN TƏHLÜKƏLƏRİ
İnsan sağlamlığı üçün zərərli və təhlükəli olan dopinq vasitələrinin idmançılar tərəfindən istifadəsinin qarşısının alınması, habelə digər idman iştirakçılarının həyat və sağlamlığının qorunmasının təmin olunmasında, onların maarifləndirilməsinin eləcə də idmanda ədalətli mübarizə şəraitinin təmin edilməsi çox mühümdür. Dopinq istifadəsi sanksiya nəticələri ilə yanaşı insan sağlamlığına həmçinin sosial və iqtisadi həyata bir çox mənfi təsirlər göstərir.
Sosial və iqtisadi fəsadlar
Qadağan edilmiş maddə və üsullardan istifadənin sağlamlıqla yanaşı idmançıların sosial həyatlarına da zərərləri vardır. Antidopinq qayda pozuntusu baş verərsə idmançının qazandığı medallar, nəticələr, xallar, sertifikatlar, mükafatlar və s. müsadirə edilə bilər və bu onun bütün idman karyerası dövründə qazandığı nailiyyətlərinə kölgə sala bilər. Həmçinin idmançının şöhrətinə, nüfuzuna və cəmiyyətdəki mövqeyinə xələl gətirərək gələcək həyat standartına təsir göstərə bilər.
Antidopinq qayda pozuntusu baş verərsə nə ilə nəticələnə bilər:
- İdman yarışlarından kənarlaşdırıla bilər;
- Beynəlxalq yarışlarda iştiraka buraxılmaya bilər;
- Komanda ilə birgə məşqlərdən uzaqlaşdırıla bilər;
- İdmanda qazandığı medallar, mükafatlar, xallar, nəticə və nailiyyətlər ləğv edilə bilər;
- Bəzi hallarda idmandan ömürlük uzaqlaşdırıla bilər;
- İdman karyerasından , həmçinin məşqçi qismində fəaliyyətdən kənarlaşdırıla bilər.
QADAĞAN EDİLMİŞ SİYAHI
Qadağan edilmiş Siyahı – Ümumdünya Antidopinq Agentliyi tərəfindən idmanda istifadəsi qadağan edilmiş maddə və üsulların siyahısını müəyyən edir. Siyahı hər il yenilənir.
Maddə və ya üsullar siyahıya aşağıdakı meyarlara əsasən əlavə edilir:
- İdman göstəricilərinin artırılması;
- İdmançının sağlamlığına zərər;
- İdman ruhuna zidd maddələr və ya üsullar.
Qeyd: Maddə və ya üsul meyarlardan ikisinə cavab verərsə Siyahıya salınır.
Siyahı üç qrupdan ibarətdir:
- Hər zaman qadağan edilmiş maddə və üsullar;
- Yarış müddətində qadağan edilmiş maddə və üsullar;
- Bəzi idman növlərində qadağan edilmiş maddə və üsullar.
SAĞLAMLIĞA VURULAN ZƏRƏRLƏR
Əgər idmançı qadağan edilmiş siyahıdakı maddə və üsullardan tibbi zərurət olmadan istifadə edərsə idmançının sağlamlığına zərər vurula bilər. Hətta bəzi hallarda idmançının səhhətində geri dönməz fəsadlar yarana bilər.
ANABOLİK AGENTLƏR
Yan təsirləri:
- Ürək-damar sisteminin yüksək zədələnmə riski;
- Qəfləti ölüm təhlükəsi;
- Aritmiyalar;
- Yüksək qan təzyiqi;
- Qaraciyərin zədələnmə riski;
- Onkoloji xəstəliklərin sürətlə proqress etməsi;
- Psixoloji asılılıq;
- Psixi pozğunluq.
Kişilərdə daha çox rast gəlinən yan təsirlər:
- İmpotensiya;
- Libido pozğunluğu (cinsi istəyin azalması);
- Süd vəzilərinin böyüməsi;
- Xayaların funksiyasının pozulması və kiçilməsi, sonsuzluq;
- Prostat vəzinin böyüməsi;
- Keçəllik;
- Səbəbsiz aqressiyanın və əhval-ruhiyyənin dəyişməsi;
- Bədəndə və üzdə sızanaqların, yaraların yaranması.
Qadınlarda daha çox rast gəlinən yan təsirlər:
- Menstrual sikl pozğunluğu;
- Sonsuzluq;
- Kişilərə xas tüklənmə;
- Libido pozğunluğu (cinsi istəyin azalması);
- Səbəbsiz aqressiyanın və əhval-ruhiyyənin dəyişməsi;
- Bədəndə və üzdə sızanaqların, yaraların yaranması;
- Səsin qalınlaşması.
PEPTİD HORMONLARI, BÖYÜMƏ FAKTORLARI, ONLARA OXŞAR MADDƏLƏR VƏ MİMETİKLƏR
- Akromeqaliya (bədənin bəzi hissələrinin qeyri proporsional böyüməsi);
- Ürək əzələsinin degenerasiyası;
- Qan təzyiqinin artması;
- Beyin daxili təzyiqin artması;
- Göz dibində ödem;
- Yuxarı ətraflarda keyimə;
- Şəkərli diabet;
- Dərinin qalınlaşması və kobudlaşması;
- Onkoloji xəstəliklərin sürətlə proqress etməsi.
BETA-2 AQONİSTLƏR
- Tremor (titrəmə);
- Əsəbilik, gərginlik;
- Aritmiyalar və tezləşmiş ürəkdöyünmə;
- Elektrolit mübadiləsinin pozğunluğu və nəticədə qıcolmalar;
- Halüsinasiyalar;
- Qəfləti ölüm.
HORMON VƏ METABOLİK MODULYATORLAR
- Libidonun azalması;
- Çəkinin artması;
- Saç tökülmə;
- Ginekomastiya (süd vəzilərinin böyüməsi);
- Görmə pozğunluğu;
- Flebotromboz riskinin artması;
- Mədə-bağırsaq sistemində pozğunluq;
- Qaraciyər funksiyasında pozğunluq;
- Miokardın hipertrofiyası;
- Oynaq-bağ aparatının patologiyaları;
- Sümük toxumasının patologiyaları.
DİURETİKLƏR VƏ GİZLƏDİCİ AGENTLƏR
- Dehidratasiya;
- Qan təzyiqinin artması;
- Maye və elektrolit balansının pozulması;
- Hipokalimiya;
- Podaqra;
- Başgicəllənmə.
QAN VƏ QAN KOMPONENTLƏRİ İLƏ MANİPULYASİYALAR, KİMYƏVİ VƏ FİZİKİ MANİPULYASİYALAR, GEN VƏ HÜCEYRƏ DOPİNQİ
- Ürək-damar sisteminin həddən artıq yüklənməsi;
- Hepatit və İİV kimi yoluxucu xəstəliklər;
- Qan laxtalanması, insult və ürək çatışmazlığı;
- Allergik reaksiyalar.
STİMULLAŞDIRICILAR
- Psixi pozğunluq;
- Aqressiya;
- Depressiya;
- Titrəmə;
- Yuxusuzluq;
- Sürətlənmiş ürəkdöyünmə;
- Arterial qan təzyiqinin artması;
- İştahanın azalması;
- Tərləmənin artması;
- Ürək əzələsinin hipertrofiyası;
- Həyat üçün təhlükəli aritmiya, qəfləti ölüm.
NARKOTİKLƏR
- Fiziki və psixoloji asılılıq;
- Davranışın səbəbsiz və tez-tez dəyişməsi;
- Daxili orqanların fəaliyyətində pozğunluq;
- İnfeksion xəstəliklərə yüksək yoluxma riski;
- Aşırı doza halları, kəskin tənəffüs çatışmazlığı və ölüm.
QİDA ƏLAVƏLƏRİ
İdman qidaları və bioloji fəallığa malik qida əlavələrindən istifadə hazırda geniş yayılıb, lakin idmançılar bu qrup maddələrdən istifadə edərkən aşağıdakılara xüsusi diqqət yetirməlidirlər.
Qida əlavələrinin istifadəsi ilə bağlı risklər:
- Tərkibində qadağan edilmiş maddələr mövcud ola bilər;
- İstehsal prosesi zamanı qadağan edilmiş maddələr ilə kontaminasiya halları baş verə bilər;
- Etiketdəki maddələrin adları Qadağan edilmiş Siyahıdakı maddələrin adlarından fərqli şəkildə yazıla bilər;
- Qida əlavələri internet vasitəsilə alındıqda xüsusi diqqətlə yanaşılmalıdır;
- “İdmançılar üçün təhlükəsizdir” kimi yanlış ifadələrdən istifadə edilə bilər;
- Tərkibində olan bəzi inqrediyentlər etiketdə qeyd edilməyə bilər;
- Az sayda istehsalçı məhsulunun yan təsirləri haqqında məlumat verir;
- Məhsulun üzərindəki «herbal/bitki tərkibli», «təbii» və s. yazıların olması təhlükəsiz demək deyil.
Qida əlavələrini qəbul etməzdən əvvəl nəyi etməlisiniz:
- İdmançılar qida əlavələrinin istifadə ehtiyacları barədə tibb və ya qidalanma mütəxəssisindən məsləhət almalıdırlar;
- Qəbul etdiyiniz bütün qida əlavələri haqqında hərtərəfli araşdırma aparın;
- İstifadədən əvvəl qida əlavələrinin, o cümlədən məhsulun adı və sadalanan maddələr barədə hərtərəfli internet araşdırması aparın və araşdırma nəticələrinizi saxlayın.
Ciddi Məsuliyyət prinsipini xatırlayın!
İdmançı bədəninə daxil olan maddələrə görə məsuliyyət daşıyır!
TERAPEVTİK İSTİFADƏ ÜÇÜN İSTİSNALAR (Tİİ)
Tİİ-İdmançıların xüsusi dərman qəbul etmələrini və ya prosedurlardan keçmələrini tələb edən sağlamlıq problemləri və xəstəliklərinin müalicəsi və müayinəsi üçün lazım olan dərman və ya üsul Qadağan edilmiş Siyahıdadırsa, Terapevtik İstifadə üçün İstisna alınması həmin idmançıya lazımi dərman və ya üsuldan istifadə etmək üçün icazə verə bilər.
DOPİNQ NƏZARƏTİ PROSESİ
Hər bir İdmançı istənilən zaman və istənilən yerdə heç bir xəbərdarlıq almadan Dopinq Nəzarəti Prosesindən keçirilə bilər.
MƏKAN MƏLUMATI
Məkan məlumatını Qeydiyyata alınmış Test Qrupuna (QTQ) və Test Qrupuna (TQ) daxil olan idmançılar təmin etməlidir.
12 ay müddəti ərzində Qeydiyyata alınmış Test Qrupunda olan idmançı tərəfindən üç buraxılmış test və ya məkan məlumatının təqdim edilməməsi Antidopinq Qayda Pozuntusu hesab edilə bilər.
Dopinqin Təhlükələri