Daha dayanıqlı, şəffaf, inklüziv və innovativ gələcəyə töhfə vermək üçün Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i rəhbər tutaraq və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini nəzərə alaraq, 2025 hədəflərimizi müəyyən etdik.
Milli prioritetlər:
Növbəti beşillikdə indiyə qədər əldə etdiyimiz qabaqcıl milli və beynəlxalq təcrübəni əsas götürərək antidopinq sahəsi və ümumilikdə cəmiyyət üçün faydalı fəaliyyətimizə davam edəcəyik.
AMADA-nın Strateji planı BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərindən 11-ni ehtiva edən 6 əsas hədəfdən ibarətdir.
Birinci hədəf idarəçilik və korporativ etikadır.
Bu hədəf təşkilatın missiyası olan dürüstlük, qərəzsizlik, şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanan yüksək keyfiyyət və standartlara cavab verən təşkilatın idarə edilməsidir.
Əlaqəli Dayanıqlı İnkişaf Məqsədləri:
İkinci hədəf sağlamlıq, təhlükəsizlik və təhsildir.
Sağlamlıq dopinqlə mübarizənin təşkilində düzgün və əhatəli qaydaların, habelə tədbirlərin əsasını təşkil edir. Təhsil isə davamlı inkişaf üçün ən güclü vasitələrdən biri olduğu kimi, dopinqlə mübarizənin də əsas vasitələrindəndir.
Əlaqəli Dayanıqlı İnkişaf Məqsədləri:
Üçüncü hədəf dürüstlük və insan hüquqlarıdır.
İnsan hüquqları davamlı inkişaf üçün şərait yaradır. Müxtəliflik, bərabər fürsət, gender balansı, ayrıseçkiliyə yol verməmə kimi prinsiplərə sadiqlik bütün fəaliyyət sahələri üçün vacibdir.
Əlaqəli Dayanıqlı İnkişaf Məqsədləri:
Dördüncü hədəf innovasiyalar və artımdır.
Fəaliyyətini Ümumdünya Antidopinq Məcəlləsinə uyğun olaraq quran AMADA ISO 9001: 2015 standartına sahibdir. Bu, işçilərin iştirakı, müxtəliflik, rəqəmsallaşma, innovasiyalar, əməkdaşlıq və qlobal tərəfdaşlığı ehtiva etməklə yanaşı şəffaflığa və hesabatlılığa əsaslanır.
Əlaqəli Dayanıqlı İnkişaf Məqsədləri:
Beşinci hədəf əməkdaşlıq və tərəfdaşlıqdır.
Həm yerli, həm də beynəlxalq səviyyədə bütün maraqlı tərəfələrlə, xüsusilə idmançılarla uzunmüddətli əlaqələrin qurulması dopinqlə mübarizəni gücləndirir.
Əlaqəli Dayanıqlı İnkişaf Məqsədləri:
Altıncı hədəf ətraf mühit öhdəliyidir.
AMADA-nın ətraf mühitin qorunmasına həssas yanaşması özündə təkrar emal, enerji və su istifadəsini azaltmaq, tullantıların idarə olunması, enerji səmərəliliyi və bərpa olunan enerjidən istifadəni ehtiva edir.
Əlaqəli Dayanıqlı İnkişaf Məqsədləri: