AZENG

HAQQIMIZDA

Sosial Məsuliyyət

AMADA üçün sosial məsuliyyət məqsədyönlü strateji xətdir. Çünki hər bir qurum qanunla cavabdeh olduğu vəzifə və öhdəliklərini yerinə yetirməklə bərabər cəmiyyətin bir parçası olduğunu da unutmamalıdır. Bu məsuliyyət AMADA-nın öz kollektivinə, cəmiyyətə və ətraf mühitə həssas yanaşmanı əhatə edir.

Sosial məsuliyyət AMADA üçün ilk növbədə ətraf mühitə həssas yanaşmanı və öz əməkdaşlarına sağlam və rahat iş şəraitinin yaradılmasını ifadə edir. Elə buna görə də qənaət, ətraf mühitə təsirlərin azaldılması və təkrar istehsal məhsullarından istifadəyə əsaslanan “Yaşıl ofis” prinsiplərini tətbiq edir. AMADA-nın gündəlik fəaliyyətində kağız istifadəsi minimuma endirilib. Ofis daxili bütün kargüzarlıq və sənədləşmə işləri mümkün qədər elektron qaydada həyata keçirilir. Bundan əlavə ofisdə tullantılar çeşidlənir və əsasən təkrar istehsal məhsullarından istifadə edilir.“Yaşıl ofis” həm də ofis resurslardan səmərəli və qənaətcil istifadəni, əməkdaşların ekoloji istehlak haqqında maarifləndirilməsini ehtiva edir. AMADA qısa müddət ərzində ətraf mühitə qarşı həssas kollektiv formalaşdıra bilib.

Fəaliyyətimizin ətraf mühit aspektləri

  • İşıqlandırma, istilik / kondisioner və avadanlıqların istifadəsi və nəqliyyat istifadəsi ilə əlaqəli enerji istehlakı.
  • Enerji istehlakından, o cümlədən istilikdən və elektrik enerjisindən istifadədən yaranan emissiyalar.
  • Su qovşağı ilə əlaqəli su istehlakı.

AMADA Ətraf Mühit Siyasətinin əsas prinsipləri:

  • Təhlükəsiz və dayanıqlı bir mühit üçün davamlı inkişafın təşviqi.
  • Ətraf mühitə dəyən zərərin və çirklənmənin azaldılması üçün tədbirlərin görülməsi.
  • Ətraf mühitin mühafizəsi üzrə təşkilatdakı daxili idarəetmənin effektivliyi və mükəmməlliyi.
  • Fəaliyyətimiz daxilində və podratçılarımızda olan mənbələrdən səmərəli istifadə üçün tədbirlərin görülməsi.

AMADA-nın enerji və yayınların idarə edilməsi üzrə qaydaları:

  • Enerji İstehlakının Azaldılması üçün Təlimatlar.
  • Tullantıların azaldılması və idarə olunmasına dair təlimatlar.
  • Kağız, toner və mürəkkəb istehlakının azaldılmasına dair təlimatlar.

Daha yaxşı bir cəmiyyət qurmaq

AMADA təşkilat və işçilər tərəfindən idarə olunan sosial təşəbbüslərlə sosial məsuliyyətini təmin edir. Gender bərabərliyi, qadın və uşaq hüquqlarının qorunması məsələsinə hər zaman diqqətlə yanaşan AMADA, sosial məsuliyyət tədbirlərində də bu məsələni xüsusi diqqətdə saxlayır. Sosial məsuliyyət tədbirləri çərçivəsində qadın və uşaq sığınacağı ilə bağlı daima aksiya həyata keçirilir.

Bundan əlavə AMADA ölkədə baş verən və dövlət tərəfindən başlanan bir sıra sosial məsuliyyət və ictimai təşəbbüsləri dəstəkləyir və aktiv iştirak edir.