AZENG

HAQQIMIZDA

AMADA

MİSSİYA, ROL, DƏYƏRLƏR, PRİORİTETLƏR

Missiya

Azərbaycan idmanının dürüstlüyünün və idmançıların sağlamlığının qorunması.

Dəyərlər

Dürüstlük. Şəffaflıq. Qərəzsizlik. Hesabatlılıq.

Prioritetlər

Təmiz idmanı təmin etmək və dürüst idmançıların hüquqlarını qorumaq.

Rol

Dopinqin aşkarlanması və qarşısının alınması.


Azərbaycan dövləti idman dürüstlüyünü qorumaq, bilik və təcrübəni mərkəzləşdirmək və inkişaf etdirmək üçün dopinq təhlükəsinin bütün elementlərinin qarşısının alınmasını koordinasiya etmək, həmçinin onun monitorinqi və aşkarlanması, təhqiqatı və məsuliyyətin həyata keçirilməsi məqsədilə AMADA-nı yaratdı. AMADA dopinqlə əlaqəli məsələlərdə idmançılar, idman təşkilatları, hüquq mühafizə orqanları və digər maraqlı tərəflər üçün vahid əlaqə nöqtəsidir.

AMADA dopinq təhlükəsinin qarşısını alır və Azərbaycanda ədalətli və dürüst idman çıxışlarına və nəticələrinə nail olunması, yarış və yarışdan kənar müddətdə idmançılar, köməkçi heyət, inzibatçılar, rəsmilər və digər maraqlı tərəflər tərəfindən dopinqə qarşı sıfır tolerantlıq münasibətinin təşviqi və bütün səviyyələrdə təhlükəsiz, ədalətli və inklüziv bir idman mühitinə nail olunması üçün dövlət siyasətini həyata keçirir.

AMADA-nın 8 əsas fəaliyyət istiqaməti aşağıdakılardır:

  1. dopinqlə mübarizə sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;
  2. dopinqlə mübarizə sahəsinin inkişafını təmin etmək;
  3. antidopinq proqramını və dopinqlə mübarizə, o cümlədən dopinq vasitələrinin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində müvafiq tədbirləri həyata keçirmək;
  4. antidopinq sahəsi üzrə müvafiq qurumlarla fəaliyyətin koordinasiyasını təşkil və təmin etmək;
  5. dopinq nəzarətini, o cümlədən bionümunələrin toplanılmasını, daşınmasını və yoxlanılmasını təşkil etmək və həyata keçirmək;
  6. idmançıların, o cümlədən, köməkçi heyətin hüquqlarını və sağlamlığını qorumaq məqsədi ilə idmanda dopinqsiz iştirakı təbliğ etmək, idmanda dopinqdən istifadənin qarşısının alınması məqsədilə maarifləndirmə fəaliyyətini həyata keçirmək;
  7. antidopinq qayda pozuntuları ilə bağlı məsuliyyətin həyata keçirilməsini təmin etmək;
  8. dopinqə qarşı mübarizə sahəsində Ümumdünya Antidopinq Agentliyi (WADA), beynəlxalq idman təşkilatları, antidopinq təşkilatları və bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı təmin etmək.