AZENG

TEST KEÇİRMƏ

Nümunə toplama prosesi


  • 01

    Bildiriş

    Test üçün seçildiyi barədə məlumatlandırıldıqdan sonra, idmançı DNİ-nin nümunə toplanmasının başa çatması ilə qane olmasına qədər DNİ yaxud Çaperonun birbaşa nəzarəti altında olmalıdır.

    Bildirişdən istənilən yayınma cəhdi antidopinq qayda pozuntusu və idmanda iştirak etməyə qadağa qoyulması ilə nəticələnə bilər.

  • 02

    Toplama qabının seçimi

    İdmançıya fərdi olaraq plomblanmış toplanma qabları seçimi verilir və onlardan biri seçilir. İdmançı avadanlığın açılmamış olduğunu və müdaxilə edilmədiyini yoxlayır və onlar hər zaman toplanma qabı üzərində nəzarəti saxlayırlar. İdmançıya fərdi olaraq plomblanmış toplanma qabları seçimi verilir və onlardan biri seçilir. 

  • 03

    Nümunənin təmin edilməsi

    İdmançı nümunə təmin edən zaman fərdi əraziyə yalnız eyni cinsli DNİ-nin girişinə icazə verilir. Əgər idmançının yaşı 18-dən aşağıdırsa, onlar nümayəndələrinin olmasını tələb edə bilərlər.

    DNİ sidik nümunəsinin təmin edilməsi və toplama qabına daxil olması prosesinin birbaşa şahidi olmalıdır.

  • 04

    Nümunə toplama dəstinin seçimi

    İdmançı zədələnməmiş və müdaxilə edilməmiş fərdi plomblanmış nümunə toplanma dəstini seçəcək. İdmançı dəsti açacaq və onun daxilində olan  əşyaların üzərində olan nümunə kod nömrələrinin eyni olmasını təsdiqləyəcək. Nümunə toplanma dəstinin bütün nömrələri Dopinq Nəzarət Formasında yazılacaq.

  • 05

    Nümunənin bölünməsi və plomblanması

    Sidik -İdmançı ölçülmüş sidik həcmini “A” və “B” etiketli qablaşdırmalara süzəcək və sonra dəstləri bağlayacaq. Onlardan toplama qabında kiçik həcmdə sidik saxlanması xahiş ediləcək. Bu sidik DNİ tərəfindən xüsusi çəkinin ölçülməsi üçün istifadə oluncaq.

  • 06

    Xüsusi çəkinin ölçülməsi

    DNİ toplanma qabında qalmış qalıq sidiyin xüsusi çəkisini yoxlayacaq və nəticəni Dopinq Nəzarəti Formasında qeyd edəcəkdir. İdmançı həddindən artıq su içməkdən çəkinməlidir. İdmançının nümunəsi həddindən artıq mayelənibsə və xüsusi çəki tələbatına uyğun deyilsə, DNİ-nin tələbi ilə idmançıdan əlavə sidik təmin etmək tələb oluna bilər.

  • 07

    Yekun proses

    İdmançının əlaqə məlumatı daxil olmaqla, fərdi məlumatı Dopinq Nəzarəti Formasında qeyd olunur.

    İdmançıdan son yeddi (7) gün ərzində qəbul edilmiş reseptli və reseptsiz dərmanlar, vitaminlər, ot məhsulları, qida əlavələri və hər hansı digər maddələrə dair məlumat təmin etmək xahiş olunacaq. Bunlar Dopinq Nəzarəti Formasında qeyd olunur.