AZENG

NƏTİCƏLƏRİN EMALI 

Nəticələrin Emalı haqqında məlumat

AMADA nəticələrin emal olunmasından və müvafiq dinləmələrin ağlabatan müddət ərzində keçirilməsinə məsuldur. AMADA test nəticələri ilə bağlı idmançılara bildiriş göndərir və hər hansı potensial antidopinq qayda pozuntusunu təqib edir. Nəticələrin emal prosesi təmiz idmançıların hüquqlarını qorumaq və dopinq istifadə edən qeyri-dürüst idmançıların məsuliyyətə cəlb etmək üçün nəzərdə tutulmuşdur. AMADA Antidopinq Qaydalarına və Ümumdünya Antidopinq Məcəlləsinə əsaslanaraq şəffaf və ədalət prinsipinə uyğun şəkildə nəticələrin emalı prosesini idarə edir.