AZENG

DƏRMANLAR

Qida əlavələri

Sağlam qida dükanlarında yaxud İnternet vasitəsilə satılan əlavələrdə məhsulun etiketində açıqlanmayan qadağan edilmiş maddələrin mövcudluğunda heç bir qəribə bir şey yoxdur. Son bir neçə il ərzində müsbət test nəticələrin əhəmiyyətli sayına düzgün etiketlənməmiş yaxud kontaminasiya edilmiş əlavələr səbəb olmuşdur. Siz başqa göstəricilər ilə yanaşı əzələ böyütməyi, bərpada yardım etməyi, enerji təmin etməyi və ya arıqlamaq ilə kömək etməyi iddia edən məhsullardan çox ehtiyatlı olmalısınız. Düzgün etiketlənməmiş əlavənin səbəb olduğu müsbət test nəticəsinə görə birbaşa məsuliyyətin sizin üzərinizdə olduğunu nəzərə alaraq, ən yaxşı məsləhətimiz budur: tərkibində hər hansı şübhəniz olan əlavəni qəbul etməyin.

Məhsulda nə olduğundan əmin deyilsinizsə, onu qəbul etməyin. Bilməzlik heç zaman izn deyil.

Kontaminasiya edilmiş məhsulların məsələsi yeni 2015-ci il ÜADA Məcəlləsində tanınmışdır. Əgər idmançı qeyri-əhəmiyyətli xəta yaxud səhlənkarlığını sübut edə bilsə, sanksiyalar töhmətdən başlayaraq maksimum 2 illik diskvalifikasiyaya qədər ola bilər.

Əlavələrin Təhlükələrinin İdarə edilməsi

  • Siz hər hansı qida əlavəsi məhsulunu qəbul etməzdən əvvəl İnternet vasitəsilə hərtərəfli ARAŞDIRMALISINIZ.
  • Bu İnternet axtarışına məhsulun adı və göstərilmiş inqridiyentlər/maddələr daxil olmalıdır.
  • Nəticə kimi əldə olunmuş məlumat əlavə araşdırılmalıdır və biz idmançılara öz araşdırmalarının dəlillərini saxlamağı tövsiyə edirik.
  • Ekran şəkilləri çəkilməli və nəticələr qovluqda saxlanılmalıdır. Bütün saxlanılmış məlumatın ehtiyat nüsxəsi çıxarılmalıdır.