AZENG
01 December 2017

Dövlət Gömrük Komitəsində AMADA nümayəndə heyəti ilə görüş keçirilib.

01 dekabr 2017-ci ildə Dövlət Gömrük Komitəsində AMADA nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə dopinq vasitələrinin sərhəddən qanunsuz keçirilməsinə qarşı birgə mübarizə aparılması üzrə razılığa gəlinmiş və əməkdaşlıq memorandumu imzalanmışdır.

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, görüşdə Agentliyin direktoru Şəfəq Hüseynli rəhbəri olduğu qurumun ölkə idmanının müdafiəsi sahəsində gördüyü işlər barədə məlumat verib. O, idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizədə aidiyyəti təşkilatlarla əməkdaşlıqdan bəhs edib, DGK-nın dopinq vasitələrinin ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsinə qarşı mübarizəni gücləndirəcəyinə, idmanda dopinqə qarşı mübarizə haqqında qanunvericiliyin, antidopinq qaydalarının, beynəlxalq standartların, eləcə də ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilə və razılaşmaların tələblərinə əməl olunmasına müsbət təsir edəcəyinə əmin olduğunu deyib.

Daha sonra tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 

Mənbə: www.report.az