AZENG

MAARİFLƏNDİRMƏ

Təlim

Biz inanırıq ki, idmançılar antidopinq barədə nə qədər məlumatlı olsalar, onların dopinqə qarşı münasibətləri o qədər mənfi olar. Bizim məqsədimiz bütün idmançılar və idmançıların dəstək heyətinin saf idmanın dəyərlərini anlamalarına və tətbiq etmələrinə əmin olmaqdır.  Biz saf idmançıların növbəti nəsilini ilhamlandırmaq üçün dəyərlər əsaslı maarifləndirmə təmin edirik.

Bizim Antidopinq Profilaktikası Proqramımız məlumat, dəyərlər əsasında maarifləndirmə, sağlamlıq üçün nəticələr və etik məsələlərdən ibarətdir. Bizim planımız dopinqdən azad idman uğrunda məlumat, maarifləndirmə və profilaktika proqramlarını icra etmək, qiymətləndirmək və monitorinq etməkdir. Bizim proqramımız İdmançıları və digər Şəxsləri aşağıdakılara dair yenilənmiş və dəqiq məlumat ilə təmin edir:

  • Antidopinq qayda pozuntuları
  • Qadağan edilmiş Maddələr və Üsullar siyahısındakı maddələr və üsullar və dərmanlarınızı Siyahıya dair necə yoxlanması
  • Sanksiyalar, sağlamlıq və sosial nəticələr daxil olmaqla, dopinq istifadəsinin nəticələri
  • Dopinq Nəzarəti prosedurları
  • İdmançıların və İdmançılara Dəstək Heyətinin öhdəlikləri
  • Terapevtik İstifadəyə İcazələr
  • Qida əlavələrinin təhlükələri
  • Dopinqin idman ruhuna vurduğu zərər