AZENG

MAARİFLƏNDİRMƏ

Təhsil tədbirləri

AMADA TƏMİZ QAL sosial maarifləndirmə kampaniyasını təşviq edir

TƏMİZ QAL maarifləndirmə kampaniyasının məqsədi idmanın ədalətli yarışma, hörmət, komanda işi, cəsarət, sadiqlik və dostluq kimi dəyərləri, etikası və ruhuna dair məlumatlandırmaq və ilhamlandırmaqdır.

AMADA-nın Təşviq Proqramı idman tədbirlərinə təqdim olunur və Ümumdünya Antidopinq Agentliyinin İdmançı Təşviq Modelinə əsaslanır.

Proqram böyük idman tədbirlərində baş tutur və idmançıları antidopinq məlumatı ilə təmin edir. İştirakçılar Play True viktorinası kimi tədbirlərdə iştirak edə, antidopinq proqramının əsas aspektlərinə dair məlumat əldə edə bilərlər.

Antidopinq təşviqat tədbirinin təşkili üçün bizimlə əlaqə saxlayın.